Metodologiya

Metodologiya araşdırma sahəsinə tətbiq olunan metodların sistemli, nəzəri təhlilidir. Bu, metod əsaslarının nəzəri təhlilini və araşdırılan elm sahəsiylə bağlı prinsipləri əhatə edir. Səciyyəvi olaraq, metodologiya paradiqma, nəzəri model, faza və kəmiyyət və ya keyfiyyət texnikası kimi terminləri özündə birləşdirir.[1]

Metodologiya metod olmadığı üçün məsələnin həllini konkretləşdirmir. Əvəzində, metodologiya xüsusi bir duruma, misal üçün xüsusi nəticəni hesablamaq, tətbiq oluna biləcək tək bir metod və ya bir sıra metodlar və ya ən yaxşı təlimləri başa düşməyə çalışan nəzəri təməlləri ortaya qoyur.

Bu sahə həmçinin aşağıdakılarla izah oluna bilər:

  • "elm sahəsi tərəfindən istifadə edilən metod prinsipləri, qaydaları və şərtlərinin təhlili";[2]
  • "elm sahəsi içərisində tətbiq olunan, oluna bilən və ya olunmuş olan metodların sistemli öyrənilməsi";[2]
  • "metodların izahı və ya öyrənilməsi".[3]

Həmçinin bax

İstinadlar

  1. Irny, S.I. and Rose, A.A. (2005) "Designing a Strategic Information Systems Planning Methodology for Malaysian Institutes of Higher Learning (isp- ipta), Issues in Information System, Volume VI, No. 1, 2005.
  2. Methodology Usage Notes Arxivləşdirilib 2021-11-14 at the Wayback Machine, entry at Merriam–Webster
  3. Baskerville, R. "Risk Analysis as a Source of Professional Knowledge". Computers & Security. 10 (8). 1991: 749–764.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.