Metal Church
Metal Church — "Sharapnel" adıyla 1981-ci ildə gitaralarda Kurdt Vanderhoof və Craig Wells, bas gitarada Duke Erickson, zərb alətlərində Kirk Arrington və vokalda Mike Murphy'dən ibarət heyət ilə quruldu.
Metal Church | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
Treş-metal Pauer metal Heavy metal |
Fəaliyyət illəri |
1980—1994 1998—2009 2012—h.h. |
Ölkə | ABŞ |
Şəhər | San-Fransisko, Kaliforniya |
Digər adı | Shrapnel (1980—1983) |
Leybl |
Elektra Records I.R.S. Epic Records SPV GmbH Nuclear Blast Mercury Records Rat Pak Records |
Heyət |
Kurdt Vanderhoof Ronny Munroe Steve Unger Jeff Plate Rick Van Zandt |
Keçmiş üzvlər |
David Wayne Mike Howe Craig Wells John Marshall Duke Erickson Kirk Arrington Jay Reynolds |
www.metalchurchmusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup haqqında
Mike Murphy qrupdan ayrılıb "Rogues Gallery"-yə qatılınca, Craig yoldaşı David Wayne'i qrupa dəvət etdi. Sharpnel barlarda, məktəblərdə fürsət tapdıqları hər yerdə səhnəyə çıxır və ağırlıqlı metal cover'ları edirdi. 1983-cü ildə "Sharpnel" adını dəyişdirdi və Kurdt'un, San Fransiskoda qurduğu qrupun adı olan Metal Church'ü seçdi. 1984-cü ildən artıq öz mahnılarını yazmağa başlayan qrup ilk konsertini Aberdeen'dəki D&R Theater'da verdi. Daha sonra öz adlarını daşıyan "Metal Church" albomunu Ground Zero vasitəçiliyi ilə çıxartdı.
1985-ci ildə albomun yaxşı satması nəticəsində Elektra Records, Metallicadan James Hetfield və Lars Ulrich'in də təzyiqləri qrupu öz təsirinə alarkən qrup ilk dövrünə hazırlaşırdı. 1986-cı ildə qrup "The Dark" albomunu çıxardı və ən başda öz bateristleri olacaq olan Lars Ulrich və qrupu Metallica ilə turneyə çıxdı. Kurdt qrupda çalmağı kəsdi və turnelərə getməyi buraxdı. Lakin qrupun mahnılarını yazmağa davam edirdi. Onun yerinə 1987-ci ildə gitarist John Marshall qrupa qatıldı. David solo albomu ilə məşğul olarkən 1989-cu ildə yerinə Mike Howe vokalist olaraq gəldi və qrup "Blessing in Disguise" albomunu çıxartdı. 90'cı illərdə qrup "The Human Factor" albomunu çıxararkən Kurdt, Kirk'lə birlikdə "Hall Aflame" qrupunu qurdu və "Guaranteed Forever" adlı bir albom çıxardı. Hall Aflame daha sonra ZZ Top'a açılış qrupu olaraq səhnəyə çıxdı.
Metal Church "Hanging in the Balance" albomunu çıxardıqdan sonra turnelərə başladı. Ancaq Amerikanın musiqi iqlimi dəyişmişdi. Artıq metal rəvacda deyildi və qrup 1993-cü ildə dağıldı.
1997-ci ildə Kurdt və Kirk birlikdə bir studiya qurdular və "Vanderhoof" qrupunu yaratdılar. Qrup Savatage ilə birlikdə Avropa turnesinə çıxarkən, özləriylə eyni adı daşıyan bir albom da çıxardı.
Metal Church'ün qurucu işçiləri 1998-ci ildə bir konsert albomu üçün bir araya gəldilər. Bu birlik əsnasında təkrar qaynaşan köhnə yoldaşlar yeni bir albom hazırlamaq qərarına gəldilər. İşlər yolunda və Craig Wells ilə John Marshall'ın qayıtması ilə daşlar yerinə oturdu. Növbəti il qrup "Masterpeace" albomunu çıxardı və Avropa turnesinə çıxdı. Duke, ailəsi səbəbi ilə, Kirk isə fərdi problemlərindən dolayı turneyə qatıla bilmədi. İşçi ehtiyacına Vanderhoof'un bateristi Jeff Wade və bas gitaristi Brian Lake ilə son qoydular.
2002-ci ildə Kurdt yeni Vanderhoof albomu, "A Blur In Time"-ı bitirdi və John'la birlikdə yeni Metal Church albomu üçün mahnı yazmağa başladılar.
Qrup, 2004-cü ilin iyul ayında 10 mahnılıq "The Weight of the World" albomunu çıxararaq pərəstişkarlarına gözəl bir 20-ci il hədiyyəsi təqdim etmiş oldu. Təbii heyət dəyişiklikləri də oldu. Gitarada Jay Reynolds, bas gitarada Steve Unger, vokalda Ronny Munro olarkən köhnə heyətdən gitarada Kurdt Vanderhoof və vurma alətlərdə Kirk Arrington iştirak edirdi. Ronny Munro, New Wave Of British Heavy Metal quruluşunda bir vokal idi amma gücünü ortaya qoymama kimi bir əskiyi var idi. Albom Heavy/Speed Metal stilindəydi və ən əhəmiyyətlisi, qrupun uzun müddət sonra bir albom çıxarması pərəstişkarlarını çox xoşbəxt etmişdi. Metal Church 2006-cı ildə "A Light In The Dark" adlı yeni albomunu yenə SPV şirkəti vasitəsilə yayımlamışdı.
2008-ci ildə çıxardıqları "This Present Wasteland" albomundan sonra qrup turnelərə davam etdi. 2009-cu ilin 7 iyul tarixində qrup rəsmi saytından musiqini buraxdıqları açıqlamasını verdi. Səbəbi isə səsyazma şirkətinin batmasıydı. Studiyadakı işləri yarım qalmış, turneni tamamlayamayan çox möhkəm bir Thrash əfsanəsi pul problemləri səbəbi ilə fəaliyyətinə son qoydu.
Diskoqrafiya
Studiya albomları
- 1984 — Metal Church
- 1986 — The Dark
- 1989 — Blessing in Disguise
- 1991 — The Human Factor
- 1993 — Hanging in the Balance
- 1999 — Masterpeace
- 2004 — The Weight of the World
- 2006 — A Light in the Dark
- 2008 — This Present Wasteland
Konsert albomları
- 1998 — Live
Demo albomları
- 1981 — Red Skies
- 1982 — Four Hymns
- 1982 — Hitman