Metafəlsəfə
Metafəlsəfə, bəzən fəlsəfənin fəlsəfəsi adlanılan, fəlsəfənin məqsədlərini, metodlarını və sərhədlərini öyrənən elmdir.[1] Fəlsəfə elminin əsası mövcudluğun təbiəti, cisimlərin varlığı və biliyin mümkünlüyü kimi mövzuların sorğulanmasından ibarətdir.[2] Lakin metafəlsəfə fəlsəfənin özünün nə olduğunu araşdıraraq onun təbiətdəki zərurətini, nə kimi suallar verib nə kimi cavablar almalı olduğunu və bu cavablarla nail olunacaqları araşdırır. Bəziləri metafəlsəfəni fəlsəfəyə giriş və hazırlıq olaraq, bəziləri isə onu fəlsəfənin özünün bir parçası olaraq görür.
Fəlsəfənin əksər istiqamətlərinin də öz metafəlsəfə bölmələri var, məsəl üçün: meta-estetika, meta-epistemologiya, meta-etika və metafizika.
Metafəlsəfə anlayışı və ona olan maraq XX əsrdən etibarən geniş yayılmağa başlasa da, bu elmin fəlsəfə elmi qədər qədim olduğu düşünülür. Platon, Aristotel kimi filosofların işlərində də metafəlsəfə öz əksini tapmışdır.
Fəlsəfə ilə əlaqəsi
Bəzi filosoflar metafəlsəfəni fəlsəfədən ayrı, fəlsəfədən üstün və onun ötəsində bir elm olaraq görür. Bəzi filosoflar isə bunun əksini, yəni, metafəlsəfənin fəlsəfənin ayrılmaz bir hissəsi olduğunu müddəa edir. Filosofların dəyişkənlik göstərən fikirlərinin nəticəsi olaraq metafəlsəfənin fəlsəfə ilə olan münasibəti sual altındadır.
Terminologiya
Metafəlsəfə termininin ən qədim istifadəsi fransız dilində, Jorj Klemansonun Au soir de la pensée kitabında müşahidə olunub[3]. Polşa əsilli amerikan filosof və yazıçı Moris Leyzerovitz isə ingilis dilində 'metaphilosophy' sözünü ilk dəfə 1940-cı ildə kəşf etdiyini və 1942-ci ildə çap etdiyini iddia etmişdir.[4] Leyzerovitz, metafəlsəfəni 'fəlsəfənin təbiətinin araşdırılması' kimi qələmə almışdır.
- Internet Encyclopedia of Philosophy article by Nicholas Joll: Contemporary Metaphilosophy Arxivləşdirilib 2019-05-15 at the Wayback Machine
- Ali məktəblər üçün fəlsəfə dərsliyi (2012), səhifə 16http://lib.bbu.edu.az/files/book/43.pdf#page=16 Arxivləşdirilib 2021-05-11 at the Wayback Machine
- Clemenceau G., Au soir de la pensée, Paris: Plon, 1927, Houghton Mifflin, 1929, s. 498: "this teratological product of metaphilosophy";
- Lazerowitz, M. (1970). "A note on "metaphilosophy"". Metaphilosophy. 1(1): 91. doi:10.1111/j.1467-9973.1970.tb00792.x Arxivləşdirilib 2021-05-12 at the Wayback Machine