Mesopotamiya tanrılarının siyahısı

Mesopotamiya tanrıları — qədim Mesopotamiya xalqlarının ibadət etdiyi tanrıların, və fövqəltəbii mifik varlıqların siyahısıdır.

Mesopotamiya inanclarında çoxlu tanrılar və fövqəltəbii mifik varlıqlar olmuşdur. Bu siyahıda onların bəziləri verilmişdir.

Tanrının adıAdının mənasıƏsas vəzifəsi
An
Şumer dilində “göy” deməkdir. Akkadca – AnumHərəkətsis göy qübbəsinin və ulduzlu göyün tanrısı; tanrıların başçısı
Anzu
Mifik quş. Onun başı aslanın, dırnaqları isə qartalındırİnsanların taleyini həll edir; Uruk və Laqaş şəhərlərinin hökmdarlarının himayəçisidir; Babilistanda və Assuriyada şeytani varlıq kimi qəbul edilmişdir
Anunnak'lar
Şumercə a-nun-na-ke-ne "Hökmdarın toxumu"Şumerlərdə tanrıların məclisi; Babilistanda və assurilərdə yeraltı dünyanın tanrıları, ölülərin hakimidir
Asarluhi
BilinmirSümerlərdə Enkinin oğlu; cadugərliyin və təbabətin himayəçisi
Assur
BilinmirAssurilərin baş tanrısı, Assur şəhərinin himayəçisi
Assurit
BilinmirAssurun arvadı
Bəl
“Hökmdar”, “cənab”Akkad mətnlərində Sümer tanrısı Enlil, yaxud Babil tanrısı Mərduk bu adla adlandırılır
Bəlit
BilinmirAkkad mətnlərində Sümer tanrısı Enlilin zövcəsi Ninlil, yaxud Babil tanrısı Mərdukun zövcəsi Sarpanitu bu adla adlandırılır
Qatunduq
BilinmirLaqaş şəhərinin həyat və analıq tanrısı
Geştinanna
Şumercə “göyün üzum meynəsi”Şərabçılığın himayəçisi, Dumuzinin bacısı
Gilqameş
Şumercə “hər şeyi bilmiş”Şumer-babil dastanının qəhrəmanı, Uruk şəhərinin tanrılaşdırılmış çarı. Ölmündən sonra, tanrılar məclisi ona yeraltı dünyanın başçısı vəzifəsinə təyin etmişdir
Girra
BilinmirOd tanrısı
Qula
Şumercə “gu-la” - ulu deməkdirCadugərlik və təbabətin ilahəsi
Damkina
Şumercə “dam-gi-na” - əsil arvadEnkinin arvadı
Dumuzi
Sümercə “dumu-zid” "əsl oğul" (akkadca Təmmuz)İnannanın əri; bahar və bahar qurbanının tanrısı; qoyunların çobanı; təbiətin ölən və dirilən tanrısı
Zababa
BilinmirKiş şəhərinin baş tanrısı; savaş tanrısı
İgig(lər)
BilinmirGöy tanrılarıdır
İnanna
Ola bilsin, "nin-an-na" - göy hökmdarıŞumerlərdə Uruk şəhərinin himayəçisi; Anın qızı savaş və məhəbbət ehtirasının ilahəsidir. Babildə İştar və ‘Ereşkigal’lla eyniləşib
İştaran
BilinmirDiplomatiya və ədalət məhkəməsinin himayəçisi
İşkur
Bilinmir (samilərdə Adad)Yağış, külək, şimşək və boran tanrısı
İştar
BilinmirSevgi və savaş ehtirası tanrıcası
İşhara
BilinmirSevgi və quruculuq ilahəsi
Kulla
BilinmirSümerlərin kərpic və inşaat tanrısı
Mərduk
BilinmirEnki’nin oğlu; Babilistan şəhərinin baş tanrısı; günəş tanrısı
Nəbu
Akkadca “ad” və ya “mənbə” deməkdirMərduk’un oğlu, babillilər və assurluların müdriklik və savadlılıq tanrısı
Nammu
BilinmirEredu və Ur şəhərlərinin ilahəsi; ‘Enki’nin anası; ilkin hərcmərcliyin (xaosun) tanrıcası
Nanna
Ola bilsin sümercə. en-an-na - "Göy hökmdarı" deməkdirSümerlərdə ay tanrısı; Ur şəhərinin himayəçisi; Babilistanda ‘Sin’lə eyniləşmişdir
Nanşe (ya da Nina)
Bilinmir‘Enki’nin qızı; yoxsul və məzlumların himayəçisi; yuxuların yozucusu
Naru
Şumercə en-uru-gal "Böyük şəhərin hökmdarı" (yəni ölülər şəhərinin hökmdarı); Akkadca "na'ir kala(ma)" (yəni hər şeyin qatili)Yeraltı dünyanın tanrısı; Ereşkiqalın əridir
Ninazu
Şumercə "Təbibliyin xanımı"Şumerlərdə ölən və dirilən təbiət tanrılarından biri
Ningirima
Şumercə “su mənbələrinin xanımı”Cadu və sehrin tanrısı
Ningirsu
BilinmirLagaş şəhərinin himayəçisi; hərb və əkinçilik tanrıcası. Vəzifələri Ninurta ilə təxminən eynidir
Ningişzida
Şumercə "əsil ağacın xanımı"Yeraltı dünyanın tanrıcalardan biri
Ninzadim
Şumercə "zərgərlərin xanımı"Zərgərlik sənətinin ilahəsi
Ninigilamqa
BilinmirDülgərlik sənətinin himayəçisi
Ninhursaq(ya da Aruru, Ninmah, Dingirmah)
BilinmirAna Tanrıca. Ondan tanrılar və insanlar doğulmuşdur
Ninqarraq
BilinmirTəbiblik tanrılarından biri
Ninlil
BilinmirEnlilin arvadı; Nippur şəhərinin himayəçisi
Ninmeşarra
Şumercə "bütün "ME"lərin xanımı"Enmeçarranın arvadı
Ninurta
BilinmirHərb və əkinçilik tanrısı; Enlilin oğlu
Ninşubur
Şumercə "donuz xanım" və ya "Subartu (ölkədir) xanımı"; akkad mətnlərində - PapsukkalAn və İnannanın nökəri; qadın və kişi cinsində ola bilir
Nisaba
Şumercə "arpa payının xanımı"Sümerlərdə arpa və buğda hesabının tanrısı; sonrakı dövrlərdə (o cümlədən Babil dövründə) məktəb və savad tanrısı; Anın qızı
Nusku
BilinmirŞumer tanrısı; Nippur şəhərində Ninurta məbədinin inzibatçısı
Pabilsaq
BilinmirŞumer tanrısıdır. Babil və Assurda vəzifələri Ninurta və Nergal ilə eynilik təşkil edirdi
Utu
Bilinmir. Akkadca "Şamaş" (günəş)Günəşin və ədalət məhkəməsinin tanrısı
Hendursaqqa
Bilinmir. Akkadca “İşum”Saturn planetinin tanrısı; yeraltı dünyanın qapıçısı
Sarpanitu
Bilinmir. Akkadca “bəzənmiş” deməkdirNümunə
Şara
BilinmirSavaş tanrısı, İnannanın oğlu, Umma şəhərinin himayəçisi
Ea
BilinmirMesopotamiyada su tanrısı
Enlil
Şumercə "havanın hökmdarı"; akkadca EllilHavanın, yad ərazilərin tanrısı; çar hakimiyyətinin himayəçisi; Nippur şəhərinin himayəçisi
Enbilulu
BilinmirSümerdə suvarma işlərinin tanrısı
Enki
Şumercə en-ki "yerin hökmdarı"; samilərdə Həya (Ea)Yeraltı şirin suların tanrısı; cadugərliyin və sənətlərin himayəçisi; bəşəriyyətin yaradıcısı və himayəçisi; Eredu şəhərinin himayəçisi
Enkidu
Sümercə en-ki-du "yaxşı yerin hökmdarı"; akkadca en-ki-du "Enki yaradıb"Dastanlarda Gilqameşin dostu və nökəri
Enmeşarra
Şumercə "Bütün ‘ME’lərin hökmdarı"Babil mətnlərində Anın ulubabası, yeraltı dünyada yaşayan ən qədim tanrılardan biri
Ennuqi
BilinmirYeraltı dünyanın tanrısı
Ereşkiqal
Şumercə "Böyük yerin xanımı"Nərqalın zövcəsi; yeraltı dünyanın tanrıcası
Erra
BilinmirTaun, qətl və dağıdılmanın tanrısı

Həmdə bax

Mənbə

Ədəbiyyat

  • Leick, G. A Dictionary of Ancient Near Eastern Mythology. Routledge, 2002
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.