Merton Miller

Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri MarkovitsVilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Merton Miller
ing. Merton Howard Miller
Doğum tarixi
Doğum yeri Boston, Massaçusets ABŞ ABŞ
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Çikaqo, İllinoys ABŞ ABŞ
Milliyyəti ABŞ ABŞ
Elm sahəsi iqtisadiyyat
İş yerləri Karnegi Mellon Universiteti, Çikaqo Universiteti
Təhsili
Elmi rəhbəri Frits Maçlub
Üzvlüyü
Mükafatları Nobel mükafatı 1990 İqtisadiyyat üzrə Nobel mükafatı

Həyatı

Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub.[2] II Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi.

Karyerası

Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar. Bunlar olarsa borc nisbəti azalacaqdır.

Miller 8 kitabın müəllifidir. 1975-ci ildə Ekonometrika Cəmiyyətinə üzv olmuş və 1976-cı ildə isə Amerikan Maliyyə Birliyinin sədri olmuşdur. 1961-ci ildən 1993-cü ildəki təqaüdə çıxdığı dövrə qədər Çikaqo Universiteti Müəssisə Fakültəsində (ing. University of Chicago Graduate School of Business) işləmişdi. O, həm də təqaüdə çıxandan sonra da uzun müddət burada dərk keçməyə davam etmişdi.

Şəxsi həyatı

Merton Miller ilk həyat yoldaşı ölən Elenor Millerlə üç övlad sahibi olmuşdu: Pamela (1952), Merqot (1955) və Lusi (1958). Həyat yoldaşı vəfat etdikdən sonra isə Katerina Millerlə evlənmişdi.[3]

Əsərləri

  • 1972 - Merton Miller, Fema və F.Eucin. Maliyyə nəzəriyyəsi. Nyu York: Holt, Raynhart & Vinston. ISBN 0-03-086732-0. (İngiliscə).
  • 1980 - Merton Mİller, R.H.Koas, Kessel və A.Reben. Tətbiqi qiymət nəzəriyyəsi üzrə esselər. Çikaqo: Çikaqo Universitetinin nəşriyyatı. ISBN 0-226-43200-9. (İngiliscə).
  • 1986 - Merton Miller və Çarlz Upton. Makroiqtisadiyyat: Neoklassik giriş. Çikaqo: Çikaqo Universitetinin nəşriyyatı. ISBN 0-226-52623-2. (İngiliscə).
  • 1991 - Merton Miller. Merton Millerin davamçıları. Nyu York: Con Uiley & Sons. ISBN 0-471-18340-7. (İngiliscə).
  • 1991 - Merton Miller. Maliyyə innovasiyaları və bazar dəyişkənliyi. Kembric, MA: Blekvil nəşriyyat. SBN 1-55786-252-4. (İngiliscə).

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
  2. Merton H. Miller The Notable Names Database, 2008.
  3. Louis Uchitelle (2000). "Merton H. Miller, 77, Dies; Economist Who Won Nobel," New York Times, June 5
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.