Merkava
Merkava İsrail Milli Ordusu üçün istehsal olunmuş əsas döyüş tankıdır. Böyük Britaniya Çiften tanklarının İsrailə satışını dayandırdıqdan sonra İsraildə yeni tankın proqramı hazırlanmağa başlandı. 1970-ci ildə yeni tankın - Merkava-nın proqramı başa çatdı. Proqramın hazırlanmasına general-mayor İsrael Tal rəhbərlik edirdi. Tank 1973-cü ildə istehsal edilsə də, yalnız 1978-ci ildə rəsmi olaraq istismara verildi. Ümumilikdə 2500-3000 ədəd istehsal olunub. Merkava tankları ilk dəfə olaraq 1982-ci il Livan Müharibəsində istifadə edilib. Hazırda yalnız İsrail Milli Ordusunun arsenalına daxildir.
Merkava (İbrani dilindən tərcümədə “müharibə maşını” deməkdir) | |
---|---|
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1978- |
İstismara başlanması | 1978 |
İstismar edənlər | İsrail Milli Ordusu |
İstifadə edilən döyüşlər |
1982-Livan Müharibəsi Cənubi Livan Müharibəsi 2006-Livan-İsrail böhranı 2007-Qəzzə döyüşləri |
İstehsal tarixçəsi | |
Konstruktor | MANTAK (Merkava Tank Bürosu) |
İstehsalçı | MANTAK (Merkava Tank Bürosu), IDF Ordnance |
Variantları |
(Mart 2012) Merkava I: 250 Merkava II: 580 Merkava III: 780 Merkava IV: 360 və s. |
Xüsusiyyətləri | |
Ağırlığı | 65 ton |
Zireh | Mk1,Mk2 çelik RHA,Mk3 - Poladdan,dördüncü nəsil - raket və top əleyhinə |
Şose sürəti |
64 km/saat yolda 55 km/saat yolsuzluq şəraitində |
Əsas silah | 120 mm MG253 yivsiz topu, LAHAT anti-tank idarə olunan mərmisi |
Köməkçi silah |
1 ədəd 12,7mm pulemyot 2 ədəd 7,62mm pulemyot 1 ədəd 60mm daxili mortira(qısalüləli top) 12 tüstü bombası |
Uzunluğu |
7450 mm (gövdə) 9040 mm (lülə ilə birlikdə) |
Eni | 3720 mm |
Hündürlüyü | 2660 mm |
Ekipaj | 4 nəfər(komandir,sürücü,topçu,yükləyici) |
Vikianbarda əlaqəli mediafayllar |
Konstruksiya
Dörd modeldən ibarət olan tankın ən yeni modeli Merkava IV-dür. Tankın motor bölməsi mina təhlükəsinə qarşı ön tərəfdə yerləşir. Beləcə motor tank əleyhinə idarə olunan roketlərə (TƏİR) qarşı da daha möhkəm qorunmuş olur. Tankın motoru istisna olmaqla, bütün hissələri İsrail istehsalıdır (motor alman istehsalı MTU-dur). Tankda baş verə biləcək yanğının qarşısını almaq üçün hidravlik sistem yerinə elektrik sistemi yerləşdirilib. İsrailin yarımsəhra və səhraları üçün nəzərdə tutulduğundan transportasiya üçün olduqca ağırdır (65 tondan çox). Sərbəst amartizator sistemi kələ-kötür ərazilərdə və ya dərin çuxurlarda digər tanklara görə daha çox sürət və manevr etmək imkanı verir.
Tank əleyhinə ən effektli silahlardan biri olan plastik anti-tank mərmiləri ilə təchiz olunub. Belə ki, yüksək zirehdeşmə qabiliyyəti ilə yanaşı sürətlə reaksiyaya girən və 4000 C dərəcəyə qədər temperatur yaradaraq zirehi maye halına gətirən anti-tank mərmiləri Merkavanın arsenalına daxildir. Bununla yanaşı bu mərmilərin yaratdığı yüksək temperatur tank heyətini də məhv edir.
Merkava mərmi, raket və istənilən növ tank əleyhinə silahlardan maksimum dərəcədə qoruna bilən zirehə malikdir. Merkavanın zirehinə kifayət qədər karbon əlavə edilib və zireh yüksək temperatura qarşı davamlı hala gətirilib.
Döyüş tarixi
1982-ci il Livan müharibəsi
Merkava tankları bu müharibədə geniş istifadə olunmuşdur. Bu döyüşlərdə əsas rəqibi Suriya ordusuna aid T-62 tankları və tank əleyhinə silahlar olmuşdur (RPQ-7, Malyutka). İsrail bu müharibə ərzində, Merkavalar da daxil olmaqla, 34 tank itirdi.
İkinci İntifada
2002-ci ilin fevralında, Qəzzə zolağında, Netrazim şəhəri yaxınlığında, yol kənarında baş verən ağır mina partlaması nəticəsində, Merkava III tankı sıradan çıxmışdır. Partlayış nəticəsində 4 nəfər hərbçi həlak olmuşdur. Bu İkinci İntifada ərzində sıradan çıxan ilk İsrail tankı idi. İkinci İsrail tankı (Merkava II və ya Merkava III) yenə eyni ərazidə, mina partlaması nəticəsində sıradan çıxmış, 3 nəfər hərbçi həlak olmuşdur. Döyüşlər ərzində növbəti Merkava III tankı Kissufim yaxınlığında vurulmuş, 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
2006 Livan müharibəsi
Bu döyüşlər ərzində, 5 ədəd Merkava tankı sıradan çıxarılıb. İsrail ordusu tərəfindən döyüşlərdə istifadə olunan tankların təqribən 45%-i tank əleyhinə roketlərdən istifadə nəticəsində, zirehi zədələnmişdir. Ümumilikdə, müharibə ərzində 15 nəfər tank ekipajı həlak olmuşdur. Döyüşlərdə İsrail ordusuna qarşı, Hizbullah tərəfindən istifadə olunan TƏİR-lərə Rusiya istehsalı RPQ-29 "Vampir", "Konkurs", "Metis-M", "Kornet" roketləri aiddir. Ümumilikdə bu döyüşlər ərzində, 50 ədəd Merkava tankı zədə almış, bunlardan 8-i döyüşdə istifadə üçün yararlı olmuşdur. 21 tankın isə zirehi zədələnmişdir.
TƏİR atəşləri nəticəsində, ortalama hər tank heyətindən Yom Kippur müharibəsində 2 nəfər, 1982-ci il Livan müharibəsi ərzində 1.5, 2006-cı il Livan müharibəsi ərzində 1 nəfər həlak olmuşdur.
Xarici keçidlər
- Merkava Mk 4 at Army-technology.com
- Merkava Mk 3 at Army-technology.com
- Merkava Mk 3 LIC Arxivləşdirilib 2007-06-27 at the Wayback Machine at Defense-Update
- Merkava Mk 4 Arxivləşdirilib 2014-04-26 at the Wayback Machine at Defense-Update
- Continued evolution Arxivləşdirilib 2007-04-02 at the Wayback Machine at Defense-Update
- Merkava Mk 1,2,3,4 Arxivləşdirilib 2008-05-27 at the Wayback Machine at War Online.
- The Armor Site! page on Merkava Arxivləşdirilib 2012-08-18 at the Wayback Machine
- Complet liste of Merkava tank
- Israeli-Weapons.com Merkava Page
- External media
- Joel Chasnoff, "The 188th Crybaby Brigade: A Skinny Jewish Kid from Chicago Fights Hezbollah--A Memoir", 2010
- Video links
- God's Chariot - al-Jazeera English, 2007