Merida (Venesuela)
Merida (Mérida, tam adı isp. Santiago de los Caballeros de Mérida) — Venesuelanın qərb hissəsində şəhər. Ölkənin Merida ştatının paytaxtı və ən böyük şəhəri.
Şəhər | |||||
Merida | |||||
---|---|---|---|---|---|
|
|||||
8°35′ şm. e. 71°08′ q. u. | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1558 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 1.630 ± 1 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +58 274 | ||||
Poçt indeksi | 5101 | ||||
Digər | |||||
merida.gob.ve | |||||
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 345 489 min nəfər, şəhərətrafı qəsəbələrlə birlikdə 500 min nəfərdən çoxdur.
Şəhər dəğətəyi zonada, 1 630 metr hündürlükdə, And dağlarının Kordilyera-del-Merida zolağının aşırımları arasında yerləşir. Şəhərdə dünyanın ən hündür (4 765 m) və ikinci ən uzun (12,5 km) Merida kanat yolu yerləşir. Oradan Bolivar pikinə mənzərə açılır.
Meridanın tarixi
Birinci dəfə Merida qeyri-qanuni yolla 1558-ci ildə ispan Xuan Rodriges Suares tərəfindən salınıb və Santyaqo-de-Los-Kabalyeros-de Merida adlandırılıb. Şəhər salınmasına İspaniya kral hakimiyyəti tərəfindən rəsmi razılıq olmadığından o həbs edilir və Boqotaya göndərilir. Ölüm hökmü ərəfəsində o yoxa çıxır və Venesuelanın Truxilyo şəhərində gizlənir. Burada o, siyası sığınacaq alır. Meridanın ikinci dəfə əsasını qoyan Xan de Moldonadonun şəhər salmağa rəsmi sənədləri var idi.
Dağların əhatəsində olan Merida uzun müddət əyalət şəhəri olaraq qalırdı. Onun tarixində aşağıdakı hadisələr baş vermişdir: 1820-ci ildə güclü zəlzələ və Simon Bolivarın Kolumbiyaya iki səfəri zamanı buradan keçməsi.
Xüsusiyyərləri
- Merida universitet şəhəridir — burada 40 min tələbə təhsil alır.
- Şəhərdə 28 park var. Venesuelanın heç bir şəhərində bu sayda yaşıllıq mərkəzi yoxdur.
- Dünyanın ən hündürlükdə yerləşən və 12,5 kilometr uzunluğunda olan kanat yolu Teleferiko-de-Merida şəhər mərkəzindən başlayır və Venesuelanın ikinci ən hündür piki Espexoya (4 765 m) doğru uzanır.
İstinadlar
Mənbə
Статья "Венесуэла. Мерида" на vokrugsveta.ru Arxivləşdirilib 2009-07-29 at the Wayback Machine
[Información de Merida http://www.enmerida.org/index.php/casas Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine (http://www.enmerida.org Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine)]