Merdinli

MerdinliAzərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli inzibati-ərazi vahidliyində kənd.

Merdinli
39°35′44″ şm. e. 47°15′58″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
Merdinli xəritədə
Merdinli
Merdinli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Bir çox tədqiqatçının fikrinə görə, Merdinli kəndi merdinli nəslinə mənsub ailələr tərəfindən salındığına görə həmin nəslin adı ilə adlandırılmışdır.

Merdinli kəndinin 1750-ci ilə qədərki adi Qarabulaq olmuşdur. Digər bir mülahizəyə görə Qarabağ xanı Pənahəli xan Şuşa qalasını inşa edərkən Qarabag kəndlərinin hamısına qalanın tikintisi uçun bir dəvə göndərməyi əmr etmişdir. Qarabulaq kəndinin (yeddi təpə kurqanları da həmin ərazidədir) o zamankı bəyi Bəylər bəy kənddəki evlərin sayı qədər dəvə göndərmiş, Pənahəli xan bu kəndə mərdünlü (yəni, mərd səsli) adı vermiş, Şuşa qalası tikildikdən sonra da bu şəhərin 17 məhəlləsindən biri Mərdünlü adlandırılmışdır. Sovet hakimiyyəti zamanı hər yerdə merdinli yazılmış, toponim olaraq əzəli mənasından qismən uzaqlaşmışdır. Bu kənd Quruçay mədəniyyəti dövrunə aid çoxsaylı nümunələri özündə yaşatmış, erməni işğalına qədər (23 avqust 1993-cü il) yerli azərbaycanlı əhali burada yaşamışdır. Kəndin əhalisi əvvəllər bir nəslin törəmələri olmuş, sonralar nökər qismində başqa bölgələrdən adamlar bəy qapısında işləməyə gəlmiş və bu kənddə məskunlaşmışlar. Bəylər bəy, Abbas bəy, Aga bəy, Xanlar bəy bəylik tayfasının ən tanınmış simaları olmuşlar. Müasir Azərbaycan tarixində ictimai-siyasi xadim kimi tanınan İqbal Agazadə bu bəy nəslindəndir.

Merdinli obası Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Xanlıq dönəmində vergi ödəmirdi. 1823-cü ilə bağlı rus mənbəsində yazılır ki, Cavanşir-Dizaq mahalına bağlı Merdinli obasında dövlətə vergi ödəyən 13 tüstü, vergi ödəməyən Namazalı yüzbaşı 1 tüstü, qardaşları 3 tüstü, kasıb və yetim 2 tüstü var. Şuşa şəhərində isə obadan 7 tüstü var ki, kasıb olduğundan vergi ödəmir.[1]

9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası

Merdinli oyk. Füzuli rayonunun Qaraxanbəyli i.ə.v.-da kənd. Köndələnçayın sahilində, düzənlikdədir. Kəndi merdinli nəslinə mənsub ailələr saldığına görə hamin nəslin adı ilə adlandırılmışdır.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

Həmçinin bax

Xarici keçidlər

Mənbə

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı,2007.

İstinadlar

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı,2007.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.