Menandr

Menandr Ellinizm dövrü yunan şairi və yeni attik komediyanın ən görkəmli nümayəndəsidir. Münsif məhkəməsi Kəsilmiş saçSamoslu qız komediyaları dövrümüzə qədər gəlib çatmışdır.

Menandr'ın büstü

Onun bu əsərləri yeni komediyanın bütün xüsusiyyətlərini parlaq şəkildə əks etdirir. Bu əsərlərdə məişət mövzusu əsas yer tutur. Bunlar Aristofan dövrünün kəskin satirik və ifşaçı xarakter daşıyan komediyalarından tamamilə fərqlənir. Burada əvvəlki dövr əsərlərinə xas olmayan obrazlar işlənmişdir.

Menandrın komediyaları öz dövründə çox geniş yayılmasa da Roma komediyasının yaranmasına ciddi təsir göstərmiş və dünya ədəbiyyatının klassik irsinə daxil olmuşdur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.