Melodifestivalen
Melodifestivalen (azərb. Mahnı festivalı) — Sveriges Television (SVT) və Sveriges Radio (SR)-nin Avroviziya Mahnı Müsabiqəsinə qatılacaq sənətçi və mahnının seçilməsi üçün təşkil olunan mahnı müsabiqəsidir. 1959-cu ildən bəri hər il keçirilir və ölkədə ən çox izlənən tele-müsabiqədir. 2012-ci ildə yarışma 4 milyon İsveçli tərəfindən izlənmişdir.
Yarışmanı qazananlardan altısı Avroviziyada da qələbə qazanmışdır və iyirmi dördü isə ilk beşlikdə yer almışdır. Melodifestivalendə Avroviziya təmsilçisi münsiflər və telesəsvermə yolu ilə bəlli olur.
2002-ci ildən bu yana yarı finalda yarışan mahnı sayısı 12-dən 32-yə qaldırılıb. Eyni zamanda, İsveçin Avroviziya Uşaq Mahnı Müsabiqəsindəki təmsilçisini seçmək üçün yarışmanın uşaqlar üçün versiyası olan Lilla Melodifestivalen yaradılmışdır.
Müsabiqəni qazananlar
İl | Mahnı | Müğənni(lər) | Avroviziyada yeri |
---|---|---|---|
1958 | "Lilla stjärna" | Alis Babs | 4-cü |
1966 | "Nygammal vals" | Lill Lindfors və Svante Turesson | 2-ci |
1968 | "Det börjar verka kärlek, banne mej" | Klaes-Göran Hederström | 5-ci |
1973 | "You're Summer" | The Nova | 5-ci |
1974 | "Waterloo" | ABBA | 1-ci |
1983 | "Främling" | Karola | 3-cü |
1984 | "Diggi-Loo Diggi-Ley" | Herreys | 1-ci |
1985 | "Bra vibrationer" | Kikki Danielsson | 3-cü |
1986 | "E' de' det här du kallar kärlek?" | Lasse Holm və Monika Törnell | 5-ci |
1989 | "En dag" | Tommi Nilsson | 4-cü |
1991 | "Fångad av en stormvind" | Karola | 1-ci |
1995 | "Se på mej" | Yan Yohansen | 3-cü |
1996 | "Den vilda" | One More Time | 3-cü |
1999 | "Take Me to Your Heaven" | Şarlotta Nilsen | 1-ci |
2001 | "Listen To Your Heartbeat" | Friends | 5-ci |
2003 | "Give Me Your Love" | Fame | 5-ci |
2004 | "Det gör ont" | Lena Philipsson | 5-ci |
2006 | "Invincible" | Karola | 5-ci |
2011 | "Popular" | Erik Saade | 3-cü |
2012 | "Euphoria" | Lorin | 1-ci |
2013 | "You" | Robin Şernberq | 14-cü |
2014 | "Undo" | Sanna Nilsen | 3-cü |
2015 | "Heroes" | Mons Selmerlöv | 1-ci |
2016 | "If I Were Sorry" | Frans | 5-ci |
2017 | "I Can't Go On" | Robin Benqtsson | 5-ci |
2018 | "Dance You Off" | Benyamin İnqrosso | 7-ci |
2019 | "Too Late for Love" | Con Lundvik | |