Morqot
Mórqot Báuqlir (ing. Morgoth Bauglir; /ˈmɔrɡɔθ ˈbau̯ɡlir/, sindarin dilindən «Qaranlıq Düşmən» kimi tərcümə olunur; əvvəlcə Melkor kimi tanınırdı, kvenya dilindən «qüdrətdə yüksələnən») — C. R. R. Tolkinin əsərlərində Arda kainatının əsas antaqonisti olan ainu.
Morqot | |
---|---|
Morgoth | |
| |
Yaradan | C. R. R. Tolkin |
Əsər |
Üzüklərin hökmdarı Silmarillion Hurinin övladları Morqotun üzüyü |
Məlumat | |
Digər adları | Melkor, Arun, Morinqotto |
Ləqəbləri | Dünyanın qara düşməni, Qaranlıq hökmdarı |
Növü | Ainur |
Cinsi | kişi |
Yaşayış yeri | Utumno, Anqband |
Silahı | Qrond çəkici |
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəlcə ainuların ən güclüsü idi, zamanla o, şər və qaranlığın təcəssümü oldu. Başda qardaşı Manve olmaqla vaların qalan hissəsi Melkora həmişə müqavimət göstərib. Ainur Musiqisi yaranmazdan əvvəl, Melkor vala Vardanı həyat yoldaşı etmək istəyirdi, lakin o, onu qəbul etmir, bundan sonra Melkor Vardaya böyük nifrət bəslədi. Gecə Qapıları vasitəsilə Ardadan kənara qovulana qədər Eäda ən çox məhz Vardadan qorxurdu.
Valara qarşı müharibədə həmdə bir çox maiar Melkorun tərəfinə keçir, hansılar ki onun əzəmətli vaxtlarında dəbdəbəsi ilə cəlb olunmuşdu və zülmətdə ona sadiq qalmışdılar; başqalarını isə yalan və xain hədiyyələrlə ona xidmət etməyə məcbur etmişdi. Bu ruhlar arasında Valaraukar da var idi, o ruhlar ki Orta Dünyada balroqlar – «dəhşət iblisləri» kimi adlanırdılar.[1]
Melkorun dönüklüyü ilə bağlı “Valakventada” deyilir ki «əzəmətdən təkəbbürə düşən, ondan sonra özündən başqa hər kəsə nifrət etməyə başlayan, dağıdıcı və amansız bir ruha çevrildi. O, hikməti hiylə ilə əvəz etdi, istifadə etdiyi hər şeyi təhrif edib öz iradəsinə tabe edərək nəticədə şərəfsiz yalançı oldu. Əvvəlcə o, İşığa həsrət qalırdı, ancaq təkcə özü üçün onun yiyəsi olmağı bacarmayanda, alov və qəzəbi keçərək odlu uçuruma, Zülmətə endi. Ardadaki pis işlərində ən çox istifadə etdiyi şey qaranlıq idi, onu bütün canlıların qorxusuna çevirmişdi».[2]
Tolkinin əsərlərində Melkor xristianlıqa aid Lusiferin analoqudur.
Tolkin legendariumuna görə, "sakitləşməyən buzlu soyuqu", "istini və hər şeyi yandıran odu" Arda üçün hazırlayan məhz Melkor olub.[2]
Ədəbiyyat
Tolkin, C. R. R. "Silmarillion". Allen & Unwin. 1977. ISBN 0-04-823139-8.