Melissus

Melissus (q.yun. Μέλισσος, e.ə. 470e.ə. 430) — qədim yunan filosofu, Elea məktəbinin təmsilçisi olmuşdur.

Melissus
Μέλισσος
Doğum tarixi e.ə. 470
Vəfat tarixi e.ə. 430
Dövr Antik
İstiqaməti Eleya məktəbi, Sokrataqədərki fəlsəfə
Əsas maraqları fəlsəfə
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlərTrasimaxus   Likofron   Kritius   Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka   Epiktet   Mark Avreli   Siseron

Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
NeopifaqorçuluqApollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Həyatı və təlimi

Samos şəhərində doğulmuşdur. Siyasi və hərbi xadim idi. Samos savaşında Sofoklusun komandanlığı altında olan afinalıların donanmasını dağıda bilmişdir. Ancaq sonra dəniz döyüşündə Periklesə yenilmişdir. Bu qələbədən sonra Perikles Samosu ala bilmişdir.

O da başqa eleaçılar kimi varlığı bir tamlıq kimi təsəvvür edərək hərəkətin varlığını və boşluqların mövcud olmasını inkar edirdi. Melissusa görə varlıq elə kainatdır və o zaman içində sonsuzdur[1]. Deməli, sonsuzluq təkcə zamana deyil, həm də fəzaya aid edilir. Ehtimal olunur ki, Melissus ilk dəfə kainatın sonsuzluğu fikrini ortaya atmışdır. Həmçinin o qeyd etmişdir ki, tanrılar haqqında fikir yürütmək mümkün deyildir, çünki onlar dərk edilməzdir[2].

Mənbə

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 41-42. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

Həmçinin bax

İstinadlar

  1. Физика // Аристотель. Сочинения в четырех томах / Том 3. Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine Перевод В. П. Карпова: М. Мысль, 1981, c. 62.
  2. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 386.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.