Ballınanə

Ballınanə (lat. Melissa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.

Ballınanə
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Lamiids
Yarımfəsilə:
Triba:
Cins:
Ballınanə
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  32564
NCBI  39170
EOL  71171

Gövdəsi dördkünc, budaqlı, yarpaqları ilə birlikdə yumşaq tüklüdür. Yarpaqları qarşılıqlı düzülmüş, saplaqlı, yumurtavarı formalı, kənarları mişarvarı, demək olar ki, çılpaqdır. Çiçəkləri ağ rəngdə xırda,ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə,qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir.

Botaniki təsviri

Hündürlüyü 30-100 sm olan çoxillik yumşaq tüklü ot bitkisidir. Gövdəsi kəsikdə dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, saplaqlı, yumurtavari, kənarları mişarvaridir. Çiçəkləri xırda, ağ rəngdə, ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə, qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir.

Mənşəyi və yayılması

Dərman bədrənci kserofil coğrafi tipininaralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Orta Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Orta Asiya və Qafqazda yayılmışdır.Azərbaycanda dərman bədrənci Böyük Qafqazın Quba massivi və qərb rayonları, Kiçik Qafqazın şimal və mərkəzi rayonları, Kürdüzənliyi, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında, Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Quba, Qusar, Şabran, Şəki, Zaqatala, Şuşa,Laçın, Daşkəsən, Gədəbəy, Göy-göl,Tovuz rayonlarında, Kür düzənliyi, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında, Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m-ə qədər)rast gəlinir. Əsasən meşə və meşə kənarı kolluqlar, bağ və bostanlarda bitir.

Ekoloji qrup və bitdiyi yerlər

Kseromezofitdir, meşə-kol və alaq bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarında, kolluqlarda, bağ və bostanlarda kiçik qruplar (3-6 fərd) əmələ gətirir.

Kimyəvi tərkibi

Flavonoid, efir və piyli yağlar, C, B1, B2 vitaminləri, karotin, aşı maddələri və aromatik birləşmələrlə zəngindir.

Təsiri və tətbiqi

Farmokopeyaya daxil olan rəsmi dərman bitkisidir. Praktiki, eksperimental və xalq təbabətində, eləcə də, farmokologiyada və baytarlıqda geniş tətbiq edilir. Bu bitki əsasən ürək-damar, mədə-bağırsaq, revmatizm, dəri, boğaz, qulaq, bronxit və qan xəstəlikləri, habelə nevralgiya, baş və diş ağrıları, irinli yara və xoralar, yanıqlar, bədxassəli şişlər, podaqra, sınıqlar, burxulma və zədələnmə zamanı istifadə olunur. Antioksidant, antibakterial, antifunqal, antivirus, sakitləşdirici, hipotenziv, ödqovucu, hemostatik, damardaraldıcı, ağrıkəsici, işlədici və iltihab proseslərinə qarşı təsirə malikdir.

Dərman bitkisi olan bədrəncin xirdalanmış yarpaqları sedativ və spazmolotikdir. "Kasmin" preparatı antikoqliyant və antiaqreqant təsirə malikdir. Üz səpkilərində tətbiq edilən "Lomaherpan" kremi əvəzsiz virusəleyhinə təsirə malikdir. Tərkibində ekstrakt və efir yağı olan çox kombinəedilmiş "Dormiplant", "Novo-Passit", "Persen", "Nervoflukus", "Qastrovit", "Enerqotonik", "Altaleks" dərman preparatları da mövcuddur. Sedativ dərman preparatlarının tərkibinin əsas komponentidir. Bədrənc preparatları sedativ, spazmolotik və antibakterial təsirə malikdir. Təngnəfəsliyi, ürək ağrılarını götürür, tənəffüs sayını azaldır, sinir sistemini tonuslandırır və möhkəmləndirir. Yüksək terapevtik effekti tərkibindəki efir yağı ilə bağlıdır. Bədrənc bitkisi mədə şirəsinin ifrazını nizama salır, spazmı azaldır, meteorizm, diskenziya, ferment çatmamazlıqlarını aradan götürür və maddələr mübadiləsini yaxşılaşdırır.

Bədrənc dəmləməsi nevrozlarda, halsızlıq, vegetativ-damar distoniyasında müvəffəqiyyətlə istifadə edilir. Bundan başqa bağırsaq diskenziyasında və bağırsaq sancısında, xolesistit, xolangit, böyrəkdaşı, sidikyolu xəstəliklərində, stenokardiya və klimakterik sindromlarda işlədilir. Xaricə işlətdikdə dəriyə antibakterial, antivirus, frunkulyoz, herpes, stomatit və parodontozlara yaxşı təsir edir. Bədrənc bitkisi kombinəedilmiş şəkildə ektrakt, dəmləmə kimi sedativ, spazmolotik, ağrıkəsici, hipotenziv təsir edir. Çiçəkləyənə qədər cavan yarpaqları kəsilərkən şirəsindən kulinariyada istifadə edilir. Yarpağındakı limon iyi efir yağına görə olduğundan parfümeriyada istifadə edilir.

Əks təsirləri

Arterial hipotenziyaya ziyandır, az zəhərlidir.

İstifadə olunan hissələr və formaları

Yerüstü hissəsi, yarpaqları, çiçəkləri və toxumları.

İstifadə formaları - Cövhər, dəmləmə və şirələr.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Bal və çiçək tozu verən bitkidir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.