Meksika mətbəxi
Meksika mətbəxi — Qarğıdalı, lobya, meyvə növləri və müəyyən bitki növləri ümumiyyətlə zəngin bitki örtüyünə malik olan bu isti, tropik ölkə mətbəxində mühüm rol oynayır. Meksikada çox müxtəlif regional mətbəxlər var. İspan mətbəxinin təsiri Meksikanın şimalında yayılıb. Yerli əhalinin mətbəxi cənubdadır[1].
Tarixi
Meksika bütün dünyada yayılmış kakao, vanil, avokado, yerfıstığı, pomidor, çili və qarğıdalının yaradıcısıdır. Demək olar ki, Meksikada bir çox yeməklər qarğıdalı ilə hazırlanır. Qarğıdalı o qədər mühümdür ki, Asteklər tərəfindən qarğıdalı tanrısı olaraq ucaldılıb. İkinci isə ədviyyat kimi istifadə olunan çilidir. Meksikada ev heyvanı kimi it saxlanılır. Meksikada Qabaq çiçəyi Flor de Calabaza hind inciri adlandırılır. Bu çiçəyin ləçəklərindən istifadə edilir. Aqava çox məqsədli istifadə edilir: Uşaqları şirin su kimi verilir, hətta sərxoş olmaq üçündə içilir. Meksikada Aqava Məzcal olaraq satılır[2].
İspanlar tərəfindən Meksika fəth edildikdən sonra burada yeni qidalar kəşf edildi; xüsusi ilə donuz əti, heyvan yağları, mal-qara əti, düyü və şəkər. İspanlar məşhur qida maddəsi qarğıdalını buğda ilə dəyişmək istədilər. Çünki qarğıdalı Meksikalıların həyatında böyük rol oynamışdı. Ancaq istədiklərinə nail ola bilmədilər, Meksikalılar bu təklifi rədd etdi. Ancaq buğda çörəyi varlıların məşhur qidası olmuşdur. İspanlar donuz, mal-qara, qoyun, keçi, toyuq ətini Meksikaya gətirdilər. Ancaq İspanlar quzu ətini yedilər və quzu əti Meksikada yayılmışdır. Ancaq xalqın çoxu isə mal-qara əti yemişdir. 19-cu əsrin ortalarında Fransa mətbəxi məşhur olmağa başlamışdır.[3] Fransa mətbəxinin məşhur olmasından sonra Meksikada hər kəs mal-qara əti yemişdir. Artıq yeməklərdə zeytun yağı istifadə olunurdu.
Çili ədviyyatlı və şokolad sousu ilə hazırlanır (Meksika dilində: Mole Poblano), ölkənin milli yeməyidir. Bu yeməyin harda yaradıldığı haqqında dəqiq məlumat yoxdur. 20-ci illərdə antropoloq Margaret Park Redfield çilinin ispanların gəlişindən əvvəl hazırlandığını fikrini irəli sürmüşdü. 70-ci illərdə Judith Friedlander yeməyin tərkibində olan ədviyyatlarla belə qənaətə gəldi ki, bu yemək İspanlar tərəfindən yaradılıb[4]. Digər fikirə görə, Mole Poblanonu Puebla şəhərindəki rahiblər kəşf edib. Başqa ölkələrdən gələnlər Meksikanın mətbəxini dahada dəyişdirmişdir. XVIII əsrdə Napoli İtalyanları 1790-cı ildə Meksikada makaron zavodları qurdular. Almanlar pivə zavodlarını qurmuşlar və pivə adlı içki yaratmışlar. Meksika 19-cu əsrin Fransız mətbəxinə aiddir. Yaxın keçmişdə Amerikadan Meksikaya fəst fud gəldi. Meksika, UNESKO-ya müraciət etdi və dünyanın əhəmiyyətli bir yerinə sahib olan qida mədəniyyətlərini Dünya Mədəniyyət Mirası olaraq qəbul edilməsini istədi. Bu baxımdan, çoxlu mətbəx və yemək üslublarının fərqli bölgələrdə öz ixtisaslarını inkişaf etdirdikləri vurğulandı. Xüsusilə Cocina Poblana (Puebla), Cocina Veracruzan, Cocina Oaxaqueña, Cocina Chiapaneca və Cocina Yucatecanı qeyd etmək lazımdır[5]. Şef Jaime Saldivar tərəfindən qarğıdalı və göbələk ilə hazırlanan yemək, bekamel sousu ilə işlənilən yeməklərə yaxşı nümunədir. 90-cı illərdə, beynəlxalq mətbəxin elementləri ilə qarışan Meksikalı yeməklərdən ibarət olan Fuşion Fud məşhur oldu. Bu, xüsusilə qadın aşpazlar tərəfindən də qəbul edilmişdir[6].
Ümumi
Şəhərdə yaşayan insanlar üçün ən əhəmiyyətli yemək nahardır, iş günlərində nahar fasiləsi daha çoxdur. Axşam saatlarında yalnız kiçik şeylər yeyilir; şirniyyat, tako. Səhər yeməyi ümumiyyətlə yalnız qəhvə və kiçik səhər yeməyi çörəklərindən və ya şirin çörəkdən ibarətdir. Bir neçə saatdan sonra, qəlyanaltıda, çilaqualar, kremli pendir və çili sousunda qurudulmuş tortilla çiyələkləri və ya yumurta ilə hazırlanmış yeməklər yeyilir. Bu bazar günləri xüsusilə üstünlük təşkil edir. İspanlarda günorta saat 15: 00-da yeyilir: şorba, düyü və ya spagetti, ət, şirniyyat. Onlar yeməkdə limonadda içirlər. Meksikalılar bir az qəlyanaltı edirlər. Xüsusi hallarda gecə gec saatlarda axşam yeməyi verilir. Tako küçələrdə satılır. Onun hazırlanması üçün bir çox resept var[7].
Tipik yeməklər
Tanınmış yeməklər: Puebla Mole Poblano və Çiləs en nogada; Peskado a la Verakruzana: Verakrur balıq yeməyidir. Sokinita Pibil: donuz əti ilə hazırlanır. Yukatans Akiote və Pozole: iri qarğıdalı, donuz və toyuq ətindən hazırlanan şorba. Quakamole, tortilla çipsi ilə hazırlanan yeməkdir. Çili sousu ilə də yeyilir. Onu hazırlamaqda əsas inqrident qarğıdalının paraziti olan qəribə yetişən göbələkdir[8][9].
İçkilər
Bira, təkila, məzcal ya da pulque kimi bilinən alkoqollu içkilərdir. Məzcal bükülmüş aqavadan hazırlanır. İspanlar tərəfindən hazırlanan, şirniyyatlarla Horkata içilir. Meksikada limonadda içilir. Həmdə tək adama ən çox kola içilən ölkədir. Təzcalatə həmişə içilən içkilərdən biridir[9][10].
İstinadlar
- "El mole símbolo de la mexicanidad" (PDF). CONACULTA. 1 October 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 September 2016.
- Meksika Mutfağı, Ömür Sam, 2005, 144 sayfa, ISBN 9789757054436
- Mexico, Encyclopedia of Food and Culture
- "La cocina del virreinato". CONACULTA. 21 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2015.
- Burnett, Victoria. "Oaxaca's Native Maize Embraced by Top Chefs in U.S. and Europe". The New York Times. February 11, 2016. June 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 13, 2016.
In New York, Los Angeles and beyond, a taste for high-quality Mexican food and its earthy centerpiece, the handmade tortilla, has created a small but growing market for the native, or landrace, corn
- "Traditional Mexican cuisine - ancestral, ongoing community culture, the Michoacán paradigm". UNESCO. December 10, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 13, 2015.
- Xiong, Mao. Affective testing on the seven moles of Oaxaca (PhD). California State University, Fresno. 2009. Docket 1484546.
- Cocina Estado por estado: Chiapas [State by state cuisine: Chiapas] (Spanish). 7. Mexico City: El Universal /Radar Editores. 2007.
- Graber, Karen Hursh. "The cuisine of Chiapas: Dining in Mexico's last frontier". Mexconnect newsletter. January 1, 2003. ISSN 1028-9089. January 18, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 24, 2012.
- Graber, Karen Hursh. "Dining in the DF: food and drink in Mexico's capital". Mexconnect newsletter. January 1, 2004. ISSN 1028-9089. October 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 24, 2012.