Meksika körfəzi

Meksika körfəzi (isp. Golfo de México) — dünyanın doqquzuncu böyük su həcmi. Əsasən Şimali Amerika materiki və Kuba adası ilə əhatə olunub. Meksika körfəzi hövzəsi təxminən oval formasındadır və şərqdən qərbə qədər uzunluğu 1500 km-dir. Körfəz Atlantik okeanın bir hissəsidir və onu okeandan ABŞ və Kuba arasındakı Florida boğazı, Karib dənizindən isə Meksika və Kuba arasındakı Yukatan boğazı ayırır.

Meksika körfəzinin 3D görünüşü
Cantarell

Ən dərin yeri 4.384 metrdir. Meksika körfəzi ən yüksək temperaturlu suya malik su hövzələrindən biridir.

Geologiyası

Meksika körfəzini tədqiq edən alimlərin ümumi gəldiyi nəticəyə görə, körfəz Trias dövrünə kimi mövcud olmayıb. Bəzi dənizlərin adı səhvən körfəz yazılıb. Bunların içərisində Meksika körfəzi vardır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.