Mekonq çayı

Mekonq (Laosca: «Qanq sularının anası»[1] vyetnamca. «On əjdaha çayı»[2]) — çay Çin, Laos, Tailand, KambocaVyetnam ərazilərindən axır. Bir çox yerlərdə dövlət sərhədlərini təşkil edir. Hind-Çin yarımadasının ən böyük çayıdır. Uzunluğu 4500 km, hövzəsinin sahəsi isə 810,000 km² təşkil edir[3].

Kamboca
Mekonq çayı
khm. មេគុង, laos ປະເທດລາວ, vyet. Mê Kông
Ölkələr
Mənbəyi Tibet yaylası
Mənsəbi Cənubi Çin dənizi
  Yüksəkliyi 0 m
Uzunluğu 4500 km
Su sərfi 15.000 m³/s
Hövzəsinin sahəsi 810000 km²
Mekonq çayı (Asiya)
mənbəyi
mənsəbi
Mekonq çayı Asiya fiziki xəritəsində:

33°09′09″ şm. e. 94°03′50″ ş. u.

10°11′41″ şm. e. 106°44′35″ ş. u.
Tarixi23 iyun 1999
İstinad nöm.999
ÖlkəKamboca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Mekonq çayının hövzəsi

Çay öz mənbəyini Çinində yerləşən Tibet öndağlığından götürür. Yuxarı axarlada çinlilər çayı Dza-Çu (çin. ), orta axarlarda (Çin ərazisində) Lansanszyan adlandırırlar. Çay öz suyunu Cənubi Çin dənizinə tökür və mənsəbdə delta əmələ gətirir. Əsas qolları: Mun, Tonlesap (sağdan) və San (soldan).

Çay yuxarı və orta axarlarda dərin dərələrlə axır. Mekonq ardıq Kamboca düzənliyindən mənsəbə qədər düzənliklərlə hərəkət edir. Mekonq düzənliyinə çıxa hissədə əsrasəngiz Kxon şəlaləsi yerləşir (21 m). Sonuncu şəlalə Kambocanın Kartex şəhəri yaxınlığındadır. Pnompen şərindən cənubda çay sahəsi 70000 km² olan delta əmələ gətirir. Deltada çay kiçik qollara ayrılır. Onlar xüsusi ilə iki böyükdür. Sağ hissədən axan iri qol Tonlet adlanır. Axının ¾ hissəsi bu qolla dənizə axır. Delda 600 km dənizin daxilinə irəliləyib. İl ərzində delta 80-100 metr dənizin daxilinə genişlənir. Deltada çayın kənarları manqrov meşələri ilə örtülüdür.

Çayın əsas qidalanma mənbəyi yağışlardır. Bununla belə yuxarı axarlarda qar və buzlaqlardan qidalanır. Suyun ən yüksək səviyəsi avqustda, orta səviyəsi oktyabrda, ən aşağı səviyə isə apreldə müşahidə edilir. Çay yatağının dərinliyi yuxarı axarlarda 10–15 m, deltada isə 10 m təşkil edir. Çayın su sərfiyyatı Vyetnamda 4.6 min m³/s, ən yüksək sərfiyyat deltada müşahidə edilir. Çayın ancaq yuxarı axarlarda donur. Buzlanma 1-2 ay müddətində davam edir.

Çayın axınına və səviyəsinə Tonlesap gölü təsir göstərir. Göldən eyni adlı çay Mekonqa tökülür. Çayın gürsulu dövrü iyundan noyabra, az sulu dövrü isə noyabrdan iyuna qədər dacam edir.

Mekonqun aşağı axarları boyun ərazilər əkinə cəlb edilib. Xüsusi ilə burada düyü əkilir. Çayın hidro enerjisi 75 milyon kvt olmasına baxmayaraq demək olar ki, istifadə edilmir.

Çay özünü balıqları ilə məşhurdur. Çayın sularında su quşları, Dəniz delfiniTimsahlara rast gəlinir. Mekonq çayı 700 km məsafədə gəmiçilik üçün yararlıdır (daşqınlar zamanı isə 1600 km). Çayın sahillərində Szinxun (Çin), Luanqpxabanq, Vyetnam, Pakse, Savannakxеt (Laos), Nonqxay, Mukdaxan (Tailand), Stınqtraenq, Kratex, Pnompen (Kamboca), Kantxo, Mitxo, Bençe (Vyetnam) kimi şəhərlər vardır.

Delta

Mekonqun deltası dünyada ən iri deltalardan hesab edilir. Vyetnam ərazisində yerləşir.

Deltada eyni adlı iqtisadi zona (vyet. Đồng bằng sông Cửu Long) mövcuddur. Deltada yerləşən Kantxo regionun ən sıx məskunlaşılmış ərazisidir[4]

Vyetnamın cənubunda yerləşən delta ölkənin mühüm hissəsini təşkil edir. Deltada 12 vilayət yerləşir. Bununla belə iqlim dəyişikləri səbəbindən deltanın su altında qalması ehtimalı vardır[5].

Tarixi

İlk yaşayış məntəqələri daqqında ilk məlumat b.e 2100 ilə aiddir. Çayın hövzəsində qurulan ilk dövlət Bapnom olmuşdur. Sonrda Kxmer imperiyası qurulur. Bölgəyə ayaq basan ilk avropalı portuqaliyalı Antonio de Faria (port. Antonio de Faria, 1540) olmuşdur[6]. Avropalıların bölgəyə marağı sırf tiçari əhəmiyyat daşıyırdı. XIX əsrdə ərazi Fransızların maraq dairəsində idi. 1861-ci ildə Sayqon fransızlar tərəfindən işğal olunur. İki il sonra isə onlar Kamboca üzərində protektorat hüququ alırlar[7].

Çayla əlaqədar ilk araşdırmaları Ernest Dudar və Qarne Fransis aparmışdır. Onlar çayda olan astanalar və şəlalələr səbəbindən gəmiçilik üçün yararsızlığını müəyyən edirlər. 1890-cı illərdə fransızlar Laos üzərində nəzarəti ələ aldıqdan sonra Fransız Hind-Çini adlı müstəmləkəni qururlar. Hind-Çin müharibəsindən sonra regionda müstəqil dövlətlər meydana gəlir

İstinadlar

  1. "Матерь вод: вверх к Тибету | Журнал | Вокруг Света". 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  2. "Вверх по реке девяти драконов | Журнал | Вокруг Света". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  3. Dünyanın kiçik atlası. QUQK SSRİ, М., 1983
  4. "TONG CUC THONG KE". 2013-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-09.
  5. Нгуен Ву Тхань Дат. "Дельте реки Меконга угрожают изменения климата". Иллюстрированный журнал «Вьетнам». 01 декабря 2011. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-17.
  6. "Tarixi coğrafi açılışlar". 2008-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  7. "Эрнест Лависс, Альфред Рамбо История XIX века. Том 6. Часть 2. Революции и национальные войны. 1848—1870". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.