Mehrimah Sultan məscidi (Üsküdar)

Mehrimah Sultan məscidi (Üsküdar)İstanbulun Üsküdar bölgəsinin meydanında yerləşən və Memar Sinanın Sultan Süleyman Qanuninin Xürrəm Sultandan olan qızı Mehrimah Sultan üçün tikdiyi məsciddir. Sinanın erkən dövr əsərlərindəndir. Tağı üç yanından yarım günbəzlərlə dəstəklənmişdir, amma ön cəbhədə yarım qübbə yoxdur.

Mehrimah Sultan məscidi
Mihrimah Sultan Camii
41°01′36″ şm. e. 29°00′57″ ş. u.
Ölkə  Türkiyə
Şəhər İstanbul
Yerləşir Üsküdar
Aidiyyatı Osmanlı imperiyası
Memar Memar Sinan
Tikilmə tarixi 1546—1548
Üslubu Osmanlı memarlığı
Minarələri 2
Material qranit, mərmər
Vəziyyəti stabil
Mehrimah Sultan məscidi (İstanbul)
Mehrimah Sultan məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu kompleks ilk tikiliş etibarilə məscid, mədrəsə, qız dini məktəbi, hamam, evsizlərin və yoxsulların qala biləcəyi təbxana, imarət və yoldan gələnlərin gecələməsi üçün xanədən ibarət olub. Ancaq günümüzədək təkcə məscid, mədrəsə və qız dini məktəbi gəlib çatmışdır. Məscidin qiblə istiqamətində və həyət divarlarının xaricində qalan qız dini məktəbi isə günümüzdə uşaq kitabxanası kimi xidmət göstərir. Mədrəsə hissəsi isə bir tibb mərkəzi tərəfindən istifadə edilir.

Aprel və may aylarında Bəyazid yanğın qülləsindən və ya o bölgədəki yüksək bir nöqtədən Mehrimah Sultan məscidinə doğru baxanda, səhər məscidin iki minarəsi arasından Günəşin doğması, axşam gün batanda isə (Hicri təqviminə görə hər ayın 14-ü) Ayın doğması izlənilir. Eyni qüllədən qərbə, Mehrimah Sultan Ədirnəqapı məscidinə tərəf baxıldıqda səhər Ayın axşam isə Günəşin batması izlənilir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.