Mehriban Xəlilzadə
Mehriban Xəlilzadə (Əliyeva-Xəlilzadə) (Şəki) — tikməçi rəssam, tikməli miniatür ustası.
Mehriban Xəlilzadə | |
---|---|
Mehriban Əliyeva-Xəlilzadə | |
Doğum yeri | Şəki |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam, tikməçi |
Təhsili | Azərbaycan rəssamlıq məktəbi, Moskva rəssamlıq institutu |
Janrlar | Tikmə, Miniatür sənəti |
Stil | Tikmə |
Həyatı
Mehriban Xəlilzadə Şəkidə anadan olub. Orada ərəb və fars dilləri təmayüllü məktəbə gedib. Ustadı anası, İncəsənət təbliğatçısı kimi tanınan Nəcib Xanımlar İncəsənət Birliyinin sədri olmuş mərhum Arifə Məmmədova, olub. 1995-ci ildə ailəsi ilə birgə Şəkidən Bakıya köçür. Təbliğat işlərinin daha da genişləndirilməsi planı var idi. O dövrdə qarşıda geniş perspektivlər açılsa da, zamanın gərgin dövründə tikmə kimi incə mədəniyyətin yaşadılması çox çətin idi. Uzun illərin zəhməti nəticəsində sənətin çətin yollarında irəliləyən anasına yol yoldaşı olmağa çalışıb. Bir neçə il fasilə də verməli olub. Emalatxanası, ev şəraitində və gecələr işləyir. 2003-cü ildən Azərbaycan Rəssamlar İttifaqının rəsmi üzvüdür.
Yaradıcılığı
Yaradıcılığında aşağıdakılara önəm verir:
- Müxtəlif tikmə növlərinin bərpası, təbliği və yaşadılması
- Tikmələrin tarixi adlarının bərpası, texnikasının bərpası
- İşlədiyi texniki üslublar: muncuqlu tikmə, pilək tikmə, öymə, doldurma, kəsmə, sanama (səhvən "krest" adlandırılır), güləbətin, təkalduz, məxmərtəl (xovlu)
- Müraciət etdiyi janrlar: portret, miniatür, qrafika, mənzərə, siluet, hüsnxət, həndəsi və nəbati naxış kompozisiyaları
- Tikmələrin texnikasında yeniliklər, sintez: rəssamlığı, heykəltəraşlığı və xalçaçılığı bir tikmədə birləşdirməklə daha gözəl əsərlər yaratmağa çalışır.
- Tikmə prosesinin daha dəqiq olması üçün alətləri təkmilləşdirir.
Sərgilər və Ödüllər
Əsərləri artıq 1986-cı ildən sərgilərdə nümayiş etdirilib. Respublika və şəhər əhəmiyyətli sərgilərdə iştirak edib, dəfələrlə fəxri fərmanlarla, Mədəniyyət və Turizm Nazirliyinin Milli kulinariya mərkəzi ilə birgə təşkil etdiyi beynəlxalq festivalda diplomla, Azərbaycan xalçası və xalq tətbiqi sənəti muzeyinin Lətif Kərimovun 103 illiyinə həsr olunmuş sərgisində mükafatlanıb. Bir çox xarici ölkələrdəki sərgi və festivallara dəvət alıb.
Beynəlxalq İqtisadi Əməkdaşlıq Forumunun təşkil etdiyi festivalda İrandan dəvət alıb və orada 13 dövlət arasında əvvəlcədən nəzərdə tutulmasa da, işlərin gözəlliyinə heyran qalan münsiflər heyətinin diplomuna layiq görülüb və bu diplomla da Azərbaycan tikməsinin Pakistan, Hindistan Orta Asiya ölkələrinin arasında ən gözəl tikmə mədəniyyətinə sahib olduğunu sübut edib.[1][2][3]
İstinadlar
- "PalitranewsAz-da Mehriban Xəlilzadənin müsahibəsi". 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-14.
- "Azadlıq Radiosu - İynə ilə «çəkən» rəssam". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
- MilliAz - İynəsi fırça olan tikməçi-rəssam...