Mehrablı

MehrablıAzərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Mehrablı kəndi Qaradolaq kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mehrablı kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Mehrablı
39°53′55″ şm. e. 47°28′04″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 47 m
Saat qurşağı
Mehrablı xəritədə
Mehrablı
Mehrablı

Toponimikası

Meyrablı yaşayış məntəqəsini əfşar tayfasının mehrablı tirəsinə mənsub olan ailələr burada məskən saldığına görə kənd belə adlandırılmışdır. Qaradolaq tayfalarının da mehrablı adlı qolu vardır. Mehrab sözünü şəxs adı kimi də əlaqələndirənlər vardır. Mehrab sözü ərəbcə "ibadətgah" anlamı daşıyır. Adətən məscidlərdə qiblə cəhətdəki (Məkkə istiqamətində) divarda düzəldilən və qarşısında namaz qılınan oyuq və ya taxçaya mehrab deyirlər. Yarımdairəvi, bəzən isə düzbucaqlı formada olan mehrab yarımkümbəzlə tamamlanır, mərmər, yaş suvaq, gəc, ağac üzərində oyma ornamentlərlə inkrustasiya, divar rəsmi, dekorativ yarımsütunlar və kiçik tağlar qurşağı ilə bəzədilir. Bir yerdən başqa yerə aparıla bilən oyma ornamentli ağacdan mehrablar da var. Mehrab sözünün məcazi mənada "üz çevriləcək yer" anlamı da var.[2]

Əhalisi

Mehrablı kəndinin əhalisinin sayı 1395 (2007-ci il üçün)nəfərdir.

İqtisadiyyatı

Əhali əsasən pambıqçılıq, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur. Kənddə ticarət-iaşə obyektləri və s.var.

Mədəniyyəti

Kənddə klub mövcuddur.

Təhsil

Kənddə orta məktəb fəaliyyət göstərir.

Səhiyyə

Kənddə tibb məntəqəsi var.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.