Mehmet Tuğrul Gücük
Mehmet Tuğrul Gücük (1955, Ankara – 2 avqust 2016, Türkiyə) — Türkiyə diplomatı.
Mehmet Tuğrul Gücük | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 2 avqust 2016 |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | diplomat |
Həyatı
Mehmet Tuğrul Gücük 1955-ci ildə Ankara şəhərində anadan olub[1].
Diplomat uzun sürən xəstəlikdən sonra 2016-cı il avqustun 2-də Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etmişdir. O, Bodrum şəhərindəki Güllük qəbiristanlığında dəfn edilmişdir.
Diplomatik fəaliyyəti
Mehmet Tuğrul Gücük 1983–1987-ci illərdə Türkiyənin Berlində baş konsulu olmuş, 1995–1999-cu illərdə Türkiyənin ABŞ-dakı səfirliyində çalışmışdır[1].
O, 2005–2010-cu illərdə Türkiyənin Bolqarıstanda səfiri vəzifəsində işləmişdir. 2014-cü ildən isə Türkiyənin İsveçrədəki səfiri idi[1]. Ancaq həyatının təxminən son üç aydı ərzində müalicə məqsədilə Türkiyədə olduğundan bu vəzifəni səfirliyin müşaviri Volkan Karagöz icra edirdi[1].
İstinadlar
- Türkiyənin İsveçrədəki səfiri vəfat edib Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine. report.az, 03.08.2016 (az.)