Mehmed Səbahəddin bəy
Mehmed Səbahəddin bəy (d. 13 fevral 1879 — ö. 30 iyun 1948) — türk siyasətçi, sosioloq və filosofu. Anası Osmanlı sülaləsinə mənsub olduğu üçün Sultanzadə olaraq anılır.
Sultanzadə Səbahəddin | |
---|---|
سلطانزاد محمد صبادين بك | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (69 yaşında) |
Dəfn yeri | Xəlil Rüfət Paşa türbəsi |
Fəaliyyəti | siyasətçi, sosioloq |
Atası | Mahmud Cəlaləddin Paşa |
Anası | Səniha Sultan |
Həyat yoldaşı | Tabinak xanım |
Uşağı | Fəthiyə Kendi |
Ailəsi | Osmanlı sülaləsi |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
1879-cu ildə İstanbulda dünyaya gəlmişdir. Anası Sultan Əbdülməcidin qızı və Sultan Əbdülhəmidin ögey bacısı Səniha Sultan, atası isə kaptan-ı dərya Xəlil Rüfət Paşanın oğlu Mahmud Cəlaləddin Paşa idi. Dövrün ən güclü alimlərindən xüsusi dərslər aldı və əsl qərbli kimi böyüdüldü. Sultan Əbdülhəmidin ən yaxın adamlarından biri olan atası Mahmud Paşa ədliyə naziri olduğu müddətdə Çırağan hadisəsinə adı qarışmış, bu səbəblə vəzifədən alınaraq haqqında məhkəmə prosesi açılmışdır. Bu müddət ərzində atası o və qardaşı Lütfullah bəyin təhsili ilə yaxından məşğul olmuş, Səbahəddin bəy fransız dilini öyrənmişdir.
Mühacirət illəri və siyasi fəaliyyəti
Atası Mahmud Paşa 1899-cu ildə Sultan Əbdülhəmidə olan müxalifliyi səbəbilə o və qardaşı Lütfullah bəylə birlikdə Avropaya qaçdı. Əvvəlcə Marseldə, ardından Parisdə məskunlaşdılar. Atasının siyasi gücündən istifadə edərək Fransadakı jön türklər arasında rəğbət qazandı. Avropadakı Sultan Əbdülhəmid əleyhdarları arasında liderə çevrildi. Bİr müddət atasıyla birlikdə Misirə qaçsa da, daha sonra yenidən Parisə qayıtdı. Bu əsnada fransız pedaqoq Edmund Demolins ilə tanış oldu və yeni təhsil sisteminin qurulmasında iştirak etdi.
1900-cü ildə "Umum Osmanlı vatandaşlara" adlı bir bəyannaməylə jön türklərin konqres təşkil etməsi fikrini ortaya atdı və bu konqres 4 fevral 1902-ci ildə Parisdə baş tutdu. Səbahəddin bəy 1902-ci ildə Sultan Əbdülhəmidə qarşı bir çevrilişə cəhd etsə də, bu cəhd uğursuz oldu. 1906-cı ildə Təşəbbüs-ü şəxsi və Adəm-i mərkəziyyət cəmiyyətini qurdu. Cəmiyyətin rəsmi orqanı olan Tərəqqi jurnalını nəşr etdirdi. Aylıq nəşr olan bu jurnal 2 il boyunca dərc olundu.
Səbahəddin bəy 1908-ci ildəki çevrilişdən sonra jön türklərin qurduğu Osmanlı Əhrar cəmiyyətini dəstəklədi və pərdə arxasından idarə etdi. 1903-cü ildə vəfat edən və Fransada dəfn olunan atasının cənazəsini də özüylə birlikdə 1908-ci ildə İstanbula gətirən Səbahəddin bəy vətənə qayıtdı. Osmanlı Əhrar cəmiyyəti 1908-ci il seçimlərinə qatılsa da, məclisə daxil ola bilmədi. Çox keçmədən 31 mart hadisələrində iştirakı sübut edildi və cəmiyyət bağlandı. Sultanzadə Səbahəddin bəy həbs olundu ancaq Mahmud Şövkət Paşa və Xurşid Paşanın vasitəçiliyi ilə azadlığa buraxıldı. Daha sonra haqqında edam hökmü çıxdığı üçün yenidən ölkədən qaçdı.
1913-cü ildə İstanbuldakı Səbahəddin bəy tərəfdarları hökuməti devirmək və onu hökumətin başına gətirmək üçün yeni bir çevriliş plan hazırladılar. Planın ilk addımı isə sədrəzəm Mahmud Şövkət Paşanın öldürülmə qərarı oldu. 11 iyun 1913-cü ildə sui-qəsd baş tutdu. Nəticədə sui-qəsdçilər ələ keçirilərək edam edildilər. Səbahəddin bəy isə Parisdən qaçmağa məcbur oldu. Birinci Dünya müharibəsi illərində Avropanın müxtəlif yerlərində yaşamağa davam etdi.
Birinci Dünya müharibəsindəki məğlubiyyətin və İttihadçıların devrilməsindən sonra Səbahəddin bəy vətənə qayıtdı. Qayıtdıqdan sonra ilk iş olaraq vaxtilə qadağan edilən "Türkiyə necə xilas oluna bilər ?" əsərini nəşr etdirdi. Bundan başqa müxtəlif yazı işləriylə Anadoludakı milli mübarizə hərəkatını dəstəklədi. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi.
Ailəsi
Çərkəz əsilli Tabinak xanımla evləndi və bu nikahdan bir qızı dünyaya gəldi.
- Fəthiyə Kendi (d. 1901 — ö. 1986)
Mənbə
- Murat Kılıç, Türk Siyasi Hayatında Bir Muhalif İsim ve Hareket: Prens Sabahaddin ve Meslek-i İçtima, Süleyman Demirel Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, Yıl 2010/2, Sayı 2
- Hakkı Uyar, Vatan Cephesi- Türk Siyasal Yaşamında Cepheleşmelere Bir Örnek, Büke Yayınları, İzmir, 2001 Arxivləşdirilib 2012-02-11 at the Wayback Machine
- A. Gönül Palalar, Jön Türk Hareketi ve İkinci Meşrutiyet (Emekli Albay Ali İhsan Gürcan ile Söyleşi), Gaziler Dergisi, Sayı 144 Arxivləşdirilib 2011-11-11 at the Wayback Machine
- Yücel Bulut, Bir sultanzadenin yönetim algısı, Anlayış Dergisi, mart 2004
- Leplay Okulu ve Prens Sabahattin, Tarih.gen.tr sitesi, Erişim tarihi:09.06.2011 Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine
- Bayraktar, Bayram. "GÜNÜMÜZDE YENiDEN DEGERLENDiRiLMESi GEREKEN BiR DÜŞÜNÜR: PRENS SABAHATTiN BEY"
- Tanyol, Cahit. "İÇTİMAİ MONOGRAFİ HAZIRLIKLARI PRENS SABAHATTİN"