Mehmed Şərif Əfəndi

Mehmed Şərif Əfəndi (1717, Konstantinopol1790, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı.[1] Atası Əbuishaqzadə Əsad Əfəndi də özü kimi şeyxülislam olmuşdur.

Mehmed Şərif Əfəndi
ƏvvəlkiVassafzadə Əsad Əfəndi
SonrakıSeyid İbrahim Əfəndi
19 avqust 1789 17 oktyabr 1789
ƏvvəlkiMehmed Kamil Əfəndi
SonrakıHəmidizadə Mustafa Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul Osmanlı imperiyası
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri
Dəfn yeri İsmayıl ağa məscidi, İstanbul
Atası Əbuishaqzadə Əsad Əfəndi
Anası Xədicə xanım
Uşağı Ataullah Mehmed Əfəndi

Həyatı

10 dekabr 1717-ci ildə dünyaya gəldi. Babası Əbu İshaq İsmayıl Əfəndi Sultan Əhməd səltənətində, atası Əsad Əfəndi və əmisi İshaq Əfəndi isə Sultan Mahmud səltənətində şeyxülislam olmuşdur. Anası Xədicə xanım isə yenə Sultan Mahmud səltənətinin şeyxülislamlarından Mirzəzadə Mehmed Əfəndinin qızı idi. Ailə şəcərəsinin məşhur şeyxülislam ailəsindən gəlməsi səbəbilə kiçik yaşlarından mükəmməl təhsil aldı. Hələ 21 yaşında ikən müdərris, 36 yaşında isə Diyarbəkir qazısı təyin edildi. Ardından BursaMəkkə qazısı olaraq fəaliyyətinə davam etdi. 1766-cı ilin dekabrında İstanbul qazılığına gətirilən Şərif Əfəndi 1771-ci ilin iyulunda Anadolu qazəsgəri təyin edildi. 1 illik vəzifə müddətini tamamlamasının ardından təqaüdə ayrılsa da, 28 iyul 1775-ci ildə Rumeli qazəsgəri oldu. Sultan Əbdülhəmid dönəmində 1778-ci ilin iyununda ikinci dəfə Rumeli qazəsgərliyinə gətirilsə də, 20 gün sonra vəzifədən alındı. Ancaq çox keçmədən Vassafzadə Əsad Əfəndinin istehfası ilə boşalan şeyxülislamlıq vəzifəsinə gətirildi (21 iyul 1778). 4 ildən çox bu vəzifədə qalan Şərif Əfəndi bu müddətin sonunda öz istəyilə vəzifədən ayrıldı (13 sentyabr 1782). İstehfasının ardından Beşiktaşdakı sahil köşkündə yaşamağa davam etdi və bəzi vaxtlar keçirilən məşvərət məclislərində iştirak etməklə digər bütün dövlət vəzifələrindən uzaq tutuldu.[2]

Sultan Səlimin taxta çıxmasının ardından vəzifədən alınan Mehmed Kamil Əfəndinin yerinə 19 avqust 1789-cu ildə ikinci dəfə şeyxülislamlığa gətirildi. Ancaq 60 gün sonra – 17 oktyabrda vəzifədən alındı. Vəzifədən alınma səbəbi olaraq yaşlılığı səbəbilə Sultan Səlimin keçirməyi planladığı islahatlara ayaq uydura bilməməsi, yaddaşının zəif olması və bu kimi şeylər göstərilməkdədir.

Yenidən Beşiktaşdakı sahil köşkünə çəkilən Şərif Əfəndi 23 may 1790-cı ildə burada vəfat etdi. Cənazəsi atasının da dəfn edildiyi İsmayıl ağa məscidi həyətindəki ailə məzarlığına dəfn edildi.[3] Babası, atası və əmisi şeyxülislam olduğu kimi oğlu Ataullah ƏfəndiSultan Səlim səltənətində bu vəzifəyə gətirilmişdir.[4]

Mənbə

  • Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), II/A, s. 92, 100; II/B, s. 87, 89; III, 32;
  • Sicill-i Osmânî, III, 142–143;
  • Ahmed Cevdet Paşa, Tarih, İstanbul 1275, I, 302–303; IV, 296–298;
  • İlmiyye Salnâmesi, s. 547–548;
  • Osmanlı Müellifleri, I, 337;
  • Mecmûa-i Fetâvâ, İstanbul Belediyesi Atatürk Kitaplığı, Muallim Cevdet, nr. 576, s. 85;
  • Danişmend, Kronoloji, V, 145, 147;
  • Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 152;
  • Ahmet Uğur, Osmanlı Siyâsetnâmeleri, Kayseri 1992, s. 100;
  • Kāmûsü’l-a‘lâm, IV, 2857.

İstinadlar

  1. Taylesanizâde Hâfız Abdullah Efendi Tarihi: İstanbul’un Uzun Dört Yılı (haz. Feridun M. Emecen), İstanbul 2003, s. 392, 405–406, 408, 417, 420;
  2. İsmail Hakkı Uzunçarşılı, Osmanlı Tarihi (Ankara 1959), Ankara 1988, IV/2, s. 498–500, 507;
  3. M. Orhan Bayrak, İstanbul’da Gömülü Meşhur Adamlar (1453–1978), İstanbul 1979, s. 75;
  4. Müstakimzâde, Devhatü’l-meşâyih, İstanbul, ts., s. 107–108;
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.