Mehmandarovlar

MehmandarovlarAzərbaycan xalqının qədim və tanınmış soylarından biri.

Mehmandarovlar
Mehmandarlılar
Titul Bəy
Əcdadı Mirzə Əli bəy Qarabaği
Mənşəyi Şuşa, Qarabağ
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Soyun yaranması

Qarabağ xanlığının idarə etmə aparatında bir çox hərbi və mülkü vəzifələr vardı. Bu vəzifələrdən biri də mehmandar idi. Mehmandarın vəzifə borcu xanlığa gələn fəxri qonaqları ölkənini sərhəddində qarşılayıb, müəyyən qonalqalarda istirahət etdirib, paytaxta, divan-dərbara gətirmək idi.

Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762–1806) ağalıq dönəmində mehmandar Mirzə Əli bəy idi. Mirzə Əli bəyin törəməsi sonralar Mehmandarov soyadını qəbul etdilər. Bu soyadın yaranması haqqında fərqli fərziyələr də var. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə Mirzə Əli bəyin səxavətli, süfrəçi, qonaqpərvər olduğundan dolayı bu soyadın yarandığını qeyd edir. O, yazır: "Mirzə Əli bəy məbrur isə sahibi-süfreyi-cud və mehmannəvaz bir vücud imiş ki, o səbəbə onun övladi-əmcadi Mehmandarov məşhurdurlar"

Mehmandarovların bir qolu Lənkəran şəhərinə köçmüşdür. Mirzə Sadıq bəy Mehmandarov Şuşa şəhərində doğulmuşdur. Təhsil almaq üçün Peterburqa gedib, hüquq fakültəsini bitirmişdi. O, Hacı Mir Abbas bəy Talışinski ilə tanış olur, Hacı Mir Abbas onu Lənkərana, öz mülkünə baş hüquqçu vəzifəsində işləməyə dəvət edir.

Mirzə Sadıq bəy Mehmandarov Lənkərana gəldiyi ilk vaxtlarda ev kirayə edib yaşayır. Bir neçə ildən sonra ona evlənmək təklif edirlər. Beləliklə o, Talışinskilərdən evlənir.

Soyun tanınmış nümayəndələri

Qalereya

Mənbə

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.