Mehman Yusifov
Mehman Musa oğlu Yusifov (18 iyul 1979, Bayramlı, Tovuz rayonu – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Mehman Yusifov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 iyul 1979 |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 2020 (41 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 1998—2000 / 2002—2020 |
Rütbəsi | Baş gizir |
Döyüşlər |
Aprel döyüşləri • İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
Həyatı
Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuz rayonunun Bayramlı kəndində Musa və Gülsüm Yusifovların ailəsində anadan olub.[1] 1985–1996-cı illərdə Tovuz rayonunda E. Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. Günel Yusifova ilə ailəli idi. Məhəmməd və Süleyman adında iki oğlu Fatimə adında isə qızı yadigar qaldı.
Hərbi xidməti
Mehman Yusifov 1998–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin " Gizir hazırlığı kursu"nu bitirib . Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 iyul 2002-ci il tarixli əmri ilə " gizir " rütbəsi verilən Yusifov Xızı rayonunun Yaşma qəsəbəsində "N" saylı hərbi hissədə vəzifəyə başlayır. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edən Yusifov Mehmana Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 iyun 2013-cü il tarixli əmri ilə " baş gizir " hərbi rütbəsi verilir. Yusifov xüsusi təyinatlı qrupun kəşfiyyatçısı (sanitar), rabitə bölüyünün baş çavuşu, mühafizə və təminat bölüyünün baş çavuşu, maddi — texniki təminat bölüyünün baş çavuşu vəzifələrində xidmət edib. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində ön cəbhədə savaşıb.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Ordusunun baş giziri olan Mehman Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehman Yusifov oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı qəhrəmancasına şəhid olub. Tovuz rayonunun Bayramlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Yusifov şəhidliyindən sonra "Qarabağ" ordeni ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Yusifov şəhidliyindən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Yusifov şəhidliyindən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Təltifləri
- (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (2012) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (2016) — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- (2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (09.12.2020) — "Qarabağ" ordeni (ölümündən sonra)[5]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[6]
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)[7]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 09.12.2020. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 24.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.