Mehman Səlimov
Mehman Səlimov (12 avqust 1955, Qızılkilsə, Dmanisi rayonu – 19 dekabr 2023, Gəncə) — Azərbaycanlı hərbçi, polkovnik. Azərbaycanın müdafiə nazirinin siyasi və ictimai işlər üzrə sabiq müavini (1995–1999).
Mehman Səlimov | |
---|---|
Mehman Əmirxan oğlu Səlimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Gəncə şəhər Mərkəzi Klinik Xəstəxanası |
Vəfat səbəbi | Ürək çatışmamazlığı |
Dəfn tarixi | 20 dekabr 2023 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Səlimova Nərminə Əbdülhəmid qızı |
Uşağı | kapitan Fərhad Səlimov[1] |
Təhsili |
Donetsk Ali Hərbi Siyasi Mühəndis-İstehkam və Rabitə Qoşunları Məktəbi (1974-1978) Moskva şəhəri Hərbi Siyasi Akademiyası (1974-1978) |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1974-1999 |
Rütbəsi | polkovnik |
Komandanlıq edib | Seyfəli Ümumqoşun Birləşməsinin Komandanı (1992) |
Vəzifəsi | Müdafiə nazirinin müavini (1995-1999) |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
Mehman Əmirxan oğlu Səlimov 1955-ci il avqustun 12-də Gürcüstan SSR-in Dmanisi rayonunun Qızıl-Kilsə kəndində anadan olmuşdur.
1962–73-cü illərdə Dmanisi 1 saylı rus məktəbində tam orta, 1974–78-ci illərdə isə Donetsk Ali Siyasi Hərbi Məktəbində ali təhsil alıb.
1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir.
1984-cü ildə V. İ. Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə akademiyanı bitirmişdir.
1987-ci ildən Zaqafqaziya Hərbi Dairəsində Ermənistan SSR-in o vaxtkı Leninakan, indiki Gümrü şəhərində 120-ci tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1989–1990-cı illərdə Gəncədə 130-cu tank alayı komandirinin siyasi məsələlər üzrə müavini işləyib. 1990–1991-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Bakıdakı 295-ci motoatıcı diviziyası komandirinin müavini-siyasi şöbənin rəisi vəzifəsində çalışmışdır.
1991-ci ilin yayından başlayaraq gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu quruculuğuna, Müdafiə Nazirliyi strukturunun formalaşmasına dəstək verməyə başlamış və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi andının müəllifidir.
1992-ci ildə Bakıya qayıtmış, Azərbaycan Silahlı Qüvvələrinə könüllü daxil olmuşdur. 1992-ci ilin 26 yanvarından sentyabr ayına qədər müdafiə nazirinin köməkçisi — Şəxsi Heyətlə İş İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. 15 sentyabr 1992-ci ildən 1993-cü ilin mart ayına qədər döyüş zonasına ezam olmuş və hərbi hissəyə komandanlıq edərək Ağdərə-Ağdam istiqamətində döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 1993-cü ilin mart ayından 1993-cü ilin noyabr ayına qədər Azərbaycan Prezident Aparatında hərbi quruculuq məsələləri üzrə şöbə müdirinin müavini vəzifəsində işləmişdir. 1994-cü ilin yanvar ayından 172 saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin olunmuş, Füzuli-Kəlbəcər rayonları uğrunda döyüşlərdə iştirak etmişdir.
1995-ci ildə 22 martdan 26 aprelə qədər MN-in Şəxsi Heyətlə İş İdarəsinin rəis müavini olmuşdur. Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin fərmanı ilə 1995-ci il iyun ayında Müdafiə nazirinin müavini, Hərbi-siyasi İdarəsinin rəisi təyin edilmişdir[2]. 1999-cu ilin iyul ayında həmin vəzifənin ixtisarı ilə əlaqədar Azərbaycan Ordusundan tərxis olunmuşdur.
Hal-hazırda hərbi təqaüdçüdür.
Mükafatları
1994-cü il 5 oktyabrda Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin fərmanı ilə Gəncə şəhərində dövlət çevrilişi cəhdinin qarşısının alınmasında rəhbərlik etdiyinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.[3]
1995-ci il mart hadisələrinin qarşısının alınmasında fəal iştirak etdiyinə görə vaxtından əvvəl polkovnik hərbi rütbəsi ilə təltif olunmuşdur.
İctimai fəaliyyəti
Müdafiə nazirinin müavini vəzifəsində xidmət edərkən (1995–1999) Müdafiə Nazirliyinin Mətbuat xidmətinə və "Azərbaycan Ordusu" qəzetinə rəhbərlik etmişdir.
1999-cu il sentyabr ayından ehtiyatda olan zabitlərin konfederasiyasına üzv olmuş, 2000-ci ilin dekabr ayından Ehtiyatda olan Zabitlərin Azərbaycan-NATO Əməkdaşlıq İctimai Birliyinin sədri seçilmiş və 2001-ci ilin mart ayından Qeyri-Hökumət Təşkilat Forumunun üzvü qəbul edilmişdir.
2000-ci ilin yanvar ayından "Az-Media" analitik informasiya agentliyinin direktoru vəzifəsində çalışmışdır.
Həbsi
2014-cü ilin noyabrın 24-də saxlanılıb[4][5][6]. Bunun ardınca "Yeni Müsavat" qəzeti M. Səlimovun həbsinin səbəbinin onun 2013-cü ilin iyun ayında yaradılan Milli Şura rəhbərliyi ilə təmasları olduğunu iddia edib.[7]
22 aprel 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum edilib.[8][9][10] 24 iyun 2016-cı ildə birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.[11][12] Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra o, kassasiya şikayəti verib. Şikayət araşdırılması üçün Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrlik ediyi kollegiyanın icraatına verilib.[13][14]
16 mart 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə həbsdən azad edilib.[15][16][17]
Müsahibələri
- "Milli Ordu haqda ilk Qanun və Hərbi And mənim dəstəyimlə hazırlandı və…"
- "Serjant Fəhmin bir ilə polkovnik, podpolkovnik Nəcməddin Sadıkov isə general oldu…"
- "O, Nəcməddin Sadıkova, orduya dəxli olmayan Abbas Abbasova ev verdi…"
- ""Tərtər işi"ni Aprel savaşındakı xəyanətlərini ört-basdır etmək üçün ortalığa atdılar…"
İstinadlar
- "Müdafiə nazirinin sabiq müavini koronavirusa yoluxub". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "M. Ə. Səlimov haqqında". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında". e-qanun.az. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- "Səfər Əbiyevin yaxın adamı həbs olundu". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Mehman Səlimov müəmması". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Mehman Səlimov müəmması". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- Aqşin Kərimov. ""Mehman Səlimovun Milli Şura ilə bağlılığını iddia etmək cəfəngiyyatdır"". modern.az (az.). 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
- "Müdafiə nazirinin keçmiş müavini 8 il həbsə məhkum edilib". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilidi". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Mehman Səlimova hökm oxunub". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Mehman Səlimov apellyasiya şikayəti verib". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Səfər Əbiyevin müavini şikayətçidir". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Sabiq müdafiə nazirinin müavini Ali Məhkəməyə üz tutdu". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Səfər Əbiyevin sabiq müavini Ali Məhkəməyə müraciət etdi". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Müdafiə nazirinin sabiq müavini əfv edilib". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Müdafiə nazirinin sabiq müavini əfv edilib". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- "Mehman Səlimovdan, Bakı, Azərbaycan". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
Mənbə
- Müşfiq Borçalı. "Borçalı ensiklopediyası", 3-cü cild. Borçalı Ulduzları. B. 2001, səh.153;
- Müşfiq Borçalı. "Sazlı-sözlü Başkeçid". 2-ci cild, B., 2015, səh. 133–135