Mehman Cavadoğlu

Mehman Cavadoğlu (11 dekabr 1955, İsmayıllı rayonu) — yazıçı

Mehman Cavadoğlu
bayraq
Müsavat Partiyası başqanının müavini
bayraq2
May 2001 ?
Sədrİsa Qəmbər
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Müsavat Partiyasının mətbuat və informasiya məsələləri üzrə katibi
bayraq2
Avqust 1993 May 2001
Sədrİsa Qəmbər
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 11 dekabr 1955(1955-12-11) (68 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti jurnalist

Həyatı

Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1978–1988-ci illərdə "Sovet kəndi" qəzetinin müxbiri və şöbə müdiri vəzifələrində çalışıb. 1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən — Azərbaycan Xalq Cəbhəsi yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi bülletenlərinin, 1990-cı il 20 yanvar hadisələrindən sonra qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin nəşr olunmasında iştirak edib. 1991–1992-ci illərdə "Müxalifət" qəzetinin redaktoru olub. 1991-ci ildə AXC Ali Məclisinin üzvü seçilib. 1992-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru təyin edilib. Həmin ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin bərpa prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş redaktoru olub. 1993-cü ilin avqust ayından Müsavat Partiyasının üzvüdür. Həmin ilin sentyabr ayında partiyanın Divan üzvü və Mətbuat və İnformasiya məsələləri üzrə katibi seçilib. 1996–1998-ci illərdə müstəqil "Rezonans" qəzetinin baş redaktoru olub. 2001-ci ildə Müsavat Partiyasının 6-cı qurultayında partiya idarəçiliyində həyata keçirilən struktur dəyişikliyindən sonra Müsavat başqanının müavini təyin olunub. 2004-cü ildə təsis olunmuş Demokratik İslahatlar Mərkəzinin sədridir. Jurnalist fəaliyyətinə görə "Qızıl qələm" və "Müstəqillik dövrünün jurnalisti" mükafatlarını alıb, rəhbərlik etdiyi "Rezonans" qəzeti və Müsavat Partiyasının mətbuat xidməti isə Yeni Nəsil Jurnalistlər Birliyinin "Media açarı" mükafatına layiq görülüb.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.