Mehman Əliyev

Mehman Əliyev (tam adı: Mehman Yadulla oğlu Əliyev) — azərbaycanlı jurnalist, Turan İnformasiya Agentliyinin direktoru (1990 – h.h.)

Mehman Əliyev
Doğum tarixi 26 oktyabr 1957(1957-10-26) (66 yaş)
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mehman Əliyev 1957-ci ilin 26 oktyabrında anadan olub. 1964–1974-cü illərdə orta təhsil alıb. 1988-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1988–1989-cu illərdə "Molodyoj Azerbaycana" qəzetində müxbir, 1989–1990-cı illərdə "Azərinform" Dövlət Agentliyində müxbir, 1990–1991-ci illərdə "Xazar" jurnalında məsul katib, 1993-cü ildə Prezident Aparatının ictimai əlaqələr sektorunun müdiri vəzifələrində çalışıb.

Hal-hazırda, 1990-cı ildə təsis etdiyi "Turan" İnformasiya Agentliyinin direktorudur.

Azərbaycan jurnalistlərinin III qurultayında Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. Hazırda Şuranın iqtisadiyyat məsələləri üzrə komissiyasına rəhbərlik edir.

27 avqust 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.[1]

Ailəlidir, bir övladı var.

Mənbə

  • "Tərcümeyi-hal / Əliyev Mehman Yadulla oğlu" (az.). presscouncil.az. 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.

İstinadlar

  1. "Turan agentliyinin direktoru Mehman Əliyev 3 aylıq həbs edilib" (az.). bbc.com/azeri. 2017-08-25. 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.