Mehdibəyli
Mehdibəyli (əvvəlki adı: Mehdişen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mehdişen kəndi Mehdibəyli kəndi adlandırılmışdır.[1] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Mehdibəyli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Mehdibəyli | |
---|---|
39°53′35″ şm. e. 46°43′52″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 823 m |
Saat qurşağı | |
|
Toponimikası
XIX əsrdə İrandan gəlmə ermənilər burada yerləşdirildikdən sonra yaşayış məntəqəsi Mehdişen adlandırılmışdı. Oykonim "Mehdibəyin kəndi, Mehdibəyə məxsus kənd" mənasındadır.[2] Kənd ermənilər tərəfindən Lusadzor adlandırılır.
Coğrafiyası və iqlimi
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Mehdibəyli kəndinin əhalisinin faktiki sayı 174 nəfər, qeydiyyatdakı əhalinin sayı 177 nəfər təşkil edirdi[3].
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- Mehdibəyli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 2