Mehdi Nəzərli
Mehdi Nəzərli (azərb. Mehdi Cavad oğlu Nəzərli; d. 10 may 1892, Xızı; ö. 3 sentyabr 1952, Bakı) — Milli nəfəs alətləri ustası, muğam bilicisi.
Mehdi Nəzərli | |
---|---|
Mehdi Cavad oğlu Nəzərli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan SSR |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi |
Həyatı
XIX-XX əsrin tanınmış simalarından olan Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, nəfəs alətlərinin mahir ifaçısı, Üzeyir Hacıbəyov orkestrinin aparıcı solisti olmuş, Mehdi Cavad oğlu Nəzərli Xızı şəhərinin Sayadlı kəndində anadan olmuşdur. Üzeyirbəyin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının ilk premyerasının müşayətçisi olmuşdur. Üzeyirbəy orkestrinin solisti olan Mehdi Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər-arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında xidmətləri ilə öz müəyyən töhfələrini vermişdir[1].
Sənət və fəaliyyəti
Milli nəfəs alətləri ustası, muğam bilicisi olan Mehdi Nəzərli eyni məharətlə tütək, ney, balaban, zurna, çonqur saz, cürə saz, qarmon və klarnet alətlərində çalmışdır. Azərbaycan klarnet ifaçılığı sənətinə ilk yiyələnənlərdən biri olmuşdur. O, bu alətlərin müxtəlif üsullarla səsləndirilməsinə baxmayaraq, hamısında eyni məharətlə çalmağı bacarırdı. Mehdi Nəzərli Üzeyir Hacıbəyovun “Koroğlu” operasının premyerasında bu alətlərdə ifa etmişdir. Onun çalğı alətləri Azərbaycan Dövlət Filarmoniyasının fondunda qorunur. Muğam bilicisi Mehdi Nəzərli dövrünün bir çox məşhur xanəndələrini böyük ustalıqla müşayiət etmiş, bu sahədə illərlə əldə etdiyi zəngin biliyini gənc nəslə öyrətmişdir.
Mehdibəy Nəzərliyə aid olan "6 milli musiqi nəfəs alətləri kolleksiyası", Dövlət Muzey Eksponatları sırasından zamanla naməlum səbəblərdən yoxa çıxmışdır. Belə ki, Nəzərlilərə aid olan "6 antik milli musiqi nəfəs alətləri" vaxtı ikən Azərbaycan Dövlət Filarmoniyasının foyesində mərhum maestro Niyazinin vəfatına qədər şüşə örtük altında eksponatlar sırasında nümayiş olunurdu. Mehdibəy Nəzərliyə aid olan bu "6 antik milli musiqi alətləri"nin və Ələkbərbəy Nəzərlinin əlinin tutduğu şəxsi "əsa"sının da, hər birinin üzərində Nəzərli soyadının baş hərfi, həkk olunmuşdu.
Bu milli musiqi nəfəs alətləri ilə Mehdibəy Nəzərli Opera və Balet teatrının səhnəsində ilk "Koroğlu operası"nı müşayət etdiyi üçün bu milli alətlər mədəniyyətimizin "milli-mənəvi sərvətləri" kimi tarixə çevrilmişdir. Həmin musiqi alətləri Mədəniyyət və İncəsənət Muzeyində qorunub saxlanılmalıdır ki, düşmənlərimizin bu "6 antik musiqi alətləri"nin də onlara məxsus olmasına dair iddia etdikləri zaman, bu kimi yanlışlıqları dünyanın hər yerində maddi sübut kimi göstərə bilək[1].
Vəfatı
Mehdi Nəzərlinin opera səhnə fəaliyyətinin qısa müddətli olması boğazında xərçəng xəstəliyinin başlaması səbəbi olub. Üzeyirbəy Moskvadakı yaxın həkim dostlarından Mehdibəyin əməliyyat olunması üçün məhz özü şəxsən xahiş edib və cərrahi əməliyyat olunub. Mehdinin ikinci dəfə cərrahiyyə əməliyyat olunması üçün Moskvadan gələn dəvət məktubu Mehdibəyin dünyasını dəyişməsinə və 40 mərasimi gününə təsadüf edirdi. Bununlada 3 sentyabr 1952-ci ildə Mehdibəy Nəzərli sənəti əbədiləşir[1].
İstinadlar
- Muğam ensiklopediyası. Bakı. 2008. səh. 154-155.