Mefona (peyk)
Mefona (ing. Methone) — Saturnun çox kiçik peyklərindən biri. Orbiti Saturnun Mimas və Enkelad peyklərinin orbitləri arasında yerləşir.
Kəşfi | |
---|---|
Kəşf edən | Kassini komandası |
Kəşf yeri | Kassini-Hüygens (kosmik gəmi) |
Kəşf tarixi | 1 iyun 2004) |
Təyinlər | |
Alternativ adlar | Saturn XXXII |
Orbital xarakteristikası | |
Böyük yarımoxu | 194 440±20 km |
Orbitinin ekssentrisiteti | 0.0001 |
Siderik fırlanma dövrü | 1.009573975[1] |
Əyilməsi | 0.007°±0.003° |
Nəyin peykidir | Saturn |
Özünə xas ekssentrisitet | 0,0001 |
Fiziki xarakteristikaları | |
Orta radiusu | 1,6±0.6 km |
Həcmi | 17 km³[2] |
Kütləsi | 9 petagram[3] |
Orta sıxlığı | 0,31 q/sm3 |
Kəşf və adlandırma
Peyk ilk dəfə Kassini komandası tərəfindən müşahidə olunmuş və müvəqqəti olaraq S/2004 S 1 adı verilmişdir. Daha sonra peyk Saturn XXXII adlandırılmışdır. "Kassini" aparatı iki dəfə peykə yaxınlaşmışdır. 2012-ci ilin 20 mayında peykin 1.900 km yaxınlığına çataraq şəklini çəkmişdir.
Mefona adı 21 yanvar 2005-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tövsiyə olunmuş, 2006-cı ildə keçirilmiş iclasda təsdiq olunmuşdur. Yunan mifologiyasında Mefona yeddi alkioniddən biridir.
Xarakteristikası
2012-ci ilin may ayında Saturnun orbitində fəaliyyət göstərən "Kassini" aparatı ilk olaraq Mefonaya yaxınlaşaraq onun şəkillərini çəkmişdir. Çəkilən şəkillərdə peykin səthinin detalları yaxşı ayırd edilə bilinməmişdir. Aparatın köməyi ilə peykin yumurtaşəkilli olduğu, çox hamar və kratersiz səthə malik olduğu məlum olmuşdur. Saturnun digər peykləri olan Pallena və Eqeon peyklərinin də belə hamar səthə malik olduğu ehtimal edilir. Mefonaya ən yaxın peyk Mimasdır. Digər kiçik peyklərin çoxunda olduğu kimi Mefona da kürə formasında deyil.[4]
Mefonanın radiusu 1,6 km, çəkisi təxminən 9×1012 kq-dır.[5]
İstinadlar
- "NASA Celestia". 2005-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-21.
- NASA FACTS (ing.). NASA.
- https://ssd.jpl.nasa.gov/?sat_phys_par.
- "Satürn Yörüngesinde Bir Yumurta: Methone" (türk). 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-21.
- "Methone: Facts & Figures". 2014-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-21.
Ədəbiyyat
- "Cassini Imaging Science Team". Cassini Imaging Central Laboratory for Operations. 2011-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-01.
- Battersby, S. "Saturn's egg moon Methone is made of fluff". New Scientist web site. New Scientist. 2013-05-17. İstifadə tarixi: 2013-05-21.
- Green, Daniel W. E. "S/2004 S 1 and S/2004 S 2" (discovery). IAU Circular. 8389. August 16, 2004. İstifadə tarixi: 2012-01-01.
- Green, Daniel W. E. "S/2004 S 1 and S/2004 S 2" (naming the moon). IAU Circular. 8471. January 21, 2005. İstifadə tarixi: 2012-01-01.
- Hedman, M. M.; Murray, C. D.; Cooper, N. J.; Tiscareno, M. S.; Beurle, K.; Evans, M. W.; Burns, J. A. "Three tenuous rings/arcs for three tiny moons". Icarus. 199 (2). 2008-11-25: 378–386. Bibcode:2009Icar..199..378H. doi:10.1016/j.icarus.2008.11.001. ISSN 0019-1035.
- "PIA06105: Cassini Uncovers New Moon". Photojournal. JPL/NASA. August 16, 2004. İstifadə tarixi: 2012-01-01.
- Lakdawalla, E. "Methone, an egg in Saturn orbit?". The Planetary Society web site. The Planetary Society. 2012-05-21. İstifadə tarixi: 2012-05-23.
- Porco, C. C.; Baker, E.; Barbara, J.; Beurle, K.; Brahic, A.; Burns, J. A.; Charnoz, S.; Cooper, N.; Dawson, D. D.; Del Genio, A. D.; Denk, T.; Dones, L.; Dyudina, U.; Evans, M. W.; Giese, B.; Grazier, K.; Helfenstein, P.; Ingersoll, A. P.; Jacobson, R. A.; Johnson, T. V.; McEwen, A.; Murray, C. D.; Neukum, G.; Owen, W. M.; Perry, J.; Roatsch, T.; Spitale, J.; Squyres, S.; Thomas, P.; Tiscareno, M. "Cassini Imaging Science: Initial Results on Saturn's Rings and Small Satellites". Science. 307 (5713). February 25, 2005: 1226–1236. doi:10.1126/science.1108056. PMID 15731439.
- Schenk, P.; Hamilton, D. P.; Johnson, R. E.; McKinnon, W. B.; Paranicas, C.; Schmidt, J.; Showalter, M. R. "Plasma, plumes and rings: Saturn system dynamics as recorded in global color patterns on its midsize icy satellites". Icarus. 211 (1). January 2011: 740–757. Bibcode:2011Icar..211..740S. doi:10.1016/j.icarus.2010.08.016.
- Porco C. C., et al.. "More Ring Arcs for Saturn". Cassini Imaging Central Laboratory for Operations web site. 2008-09-05. 2008-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-05.
- Spitale, J. N.; Jacobson, R. A.; Porco, C. C.; Owen, W. M., Jr. "The orbits of Saturn's small satellites derived from combined historic and Cassini imaging observations" (PDF). The Astronomical Journal. 132 (2). 2006: 692–710. Bibcode:2006AJ....132..692S. doi:10.1086/505206.
- Thomas, P. C. "Sizes, shapes, and derived properties of the saturnian satellites after the Cassini nominal mission" (PDF). Icarus. 208 (1). July 2010: 395–401. Bibcode:2010Icar..208..395T. doi:10.1016/j.icarus.2010.01.025. 2018-12-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-10-21.
Xarici keçidlər
- Mefona Profili Arxivləşdirilib 2007-08-01 at the Wayback Machine
- BAİ və Göy cisimləri adı