Media mədəniyyəti

Media mədəniyyəti — mədəniyyətşünaslıqda XX əsrdən etibarən kütləvi informasiya vasitələrinin təsiri altında yaranan və inkişaf edən müasir Qərb kapitalist cəmiyyətinə aid edilən termin.[1][2][3] Bu termin medianın (ilk növbədə televiziya, həm də mətbuat, radiokino) təkcə ictimai rəyə deyil, həm də zövqlərə və dəyərlərə göstərdiyi ümumi təsir və intellektual rəhbərliyi nəzərdə tutur.

Alternativ bir termin olan kütləvi mədəniyyət belə mədəniyyətin XX əsrdən əvvəl populyar incəsənətin yaratdığı kimi kütlələrin özündən kortəbii şəkildə meydana çıxması fikrini ifadə edir.[4] Media mədəniyyəti ifadəsi belə mədəniyyətin kütləvi informasiya vasitələrinin məhsulu olması fikrini çatdırır. Media mədəniyyəti üçün istifadə olunan başqa bir alternativ termin "imic mədəniyyəti"dir.[1][2]

Media mədəniyyəti reklam və ictimaiyyətlə əlaqələrdə baş tutan tənəzzül halları ilə çox vaxt cəmiyyət kütləsinin manipulyasiyasına əsaslanan bir sistem kimi qəbul edilir.[5] Korporativ media "əsasən hakim ideologiyaları təmsil etmək və təkrar istehsal etmək üçün istifadə olunur".[6] Bu perspektivin inkişafında 1940-cı illərdən bəri Teodor Adornonun əhəmiyyətli hesab olunur.[5] Media mədəniyyəti konsumerizm ilə əlaqələndirilir və bu mənada alternativ olaraq "istehlak mədəniyyəti" adlandırılır.[1][3]

Din vasitəsilə

Kütləvi marketinqdə media mədəniyyəti keçmişdə dinlərin rolu ilə müqayisə edilir. Bunun köhnə ənənəvi dinlərin yerini tutmuş qəbul edilmişdir.[7][8][9] Müəyyən bir məhsula olan həvəs dalğaları və səciyyəvi konsumerist fenomen "köhnə dini fetişizmin sarsıntıları və möcüzələrinin ekstazları" ilə müqayisə edilmişdir.[10][11]

Əksinə, Qərb dünyasında dominant dini qurum olan Katolik Kilsəsi retrospektiv olaraq ictimai münasibətlərin, reklamçınınçoxmillətli korporasiyanın qabaqcıl və təkmil forması kimi qəbul edilmiş, məhsulunu ibadətçilər kütləsinə satmışdır.[12][13]

Simvolik istehlak

İstehlakçıların qərarları təkcə maddi nemətlərin təmin etdiyi iqtisadi faydalılıq konsepsiyası əsasında deyil, həm də cəmiyyət və qrup şəxsiyyəti kontekstində insanın özünü və yerini axtarmaq baxımından simvolik dəyərinə görə qəbul edilir. Başqa sözlə, istehlakçıların satın aldıqları məhsullar onların kim olduqları və kiminlə eyniləşdikləri haqqında narrativ yaratmanın bir hissəsidir.[14]

Alimlər simvolik istehlakı sosial konstruksiya kimi görürlər. Məhsul şəxsiyyətin ifadəsi kimi qrup məhsulun simvolik mənası ilə bağlı qavrayışı paylaşdığı halda təsirli olur. Bu mənalar reklam, jurnal və televiziya vasitəsilə istehlakçılara çatdırılır.[15]

Jan Pol Sartr yazırdı ki, müəyyən şərtlər altında əşyalar, hətta insanlar genişlənmiş "öz" anlayışının bir hissəsinə çevrilə bilər. İstehlakçılar keçmişlərinə sadiq qalmaq və ya davamlılığı pozmaq, özlərini başa düşmək və mənlik duyğusunda dəyişiklikləri ifadə etmək üçün istehlak seçimlərinə əsaslanaraq həyat narrativlərini inkişaf etdirə bilərlər. İstehlak yolu ilə "həyat tərzi" assosiasiyasının yaradılması köhnə mənliyi və ya müəyyən sosial qrupları simvolikləşdirən keçmiş istehlak nümunələrindən qaçmaq deməkdir. Məhsulların simvolizmi sosial olaraq paylaşılan inanclara əsaslanır.[14]

Həmçinin bax

  • Qabaqcıl kapitalizm
  • Gündəmin qurulması nəzəriyyəsi
  • İstehlakçı kapitalizmi
  • Netokratiya
  • Mədəniyyət sənayesi
  • İnfoteynment
  • Aşağı mədəniyyət
  • Kütləvi kommunikasiya
  • Kütlə psixologiyası
  • Mediaşünaslıq
  • Medialaşdırma
  • İsadan daha populyar
  • Propaqanda
  • Axmaqlaşdırma

İstinadlar

  1. Jansson (2002)
  2. Thoman (1992)
  3. Thomas (2012) p.30 quotation:
    The twenty-first century Western world, driven by American corporate and consumer ideology, is a perpetual media culture that depends on sound bites and the next thing, leaving the public reduced to media consumers never allowed time to reflect on the information. Volume and speed have consumed and obliterated nuance, ethics, and accuracy.
  4. Adorno (1963) quotation:
    ...the interpretation agreeable to its advocates: that it is a matter of something like a culture that arises spontaneously from the masses themselves, the contemporary form of popular art.
  5. Bignell (2007) pp.21–2
  6. Nomai (2008) pp.5 , 41
  7. from Debord (1977) thesis 20: "The spectacle is the material reconstruction of the religious illusion."
  8. Debord (1967) thesis 25 on the spectacle and the sacred
  9. Nomai (2008) p.176
  10. Debord (1977) Thesis 67
  11. from Debord (1977) thesis 132: "The masters who make history their private property, under the protection of myth, possess first of all a private ownership of the mode of illusion: in China and Egypt they long held a monopoly over the immortality of the soul .
  12. Ballardini, Bruno (2006) Gesù lava più bianco.
  13. Ballardini, Bruno (2011) 'Gesù e i saldi di fine stagione.
  14. Wattanasewan, Kritsadarat. "The Self and Symbolic Consumption" (PDF). Journal of American Academy of Business. 2005: 179. 2022-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-03.
  15. Hirschman, Elizabeth. Comprehending Symbolic Consumption: Three Theoretical Issues // Symbolic Consumer Behavior. SV-04. Association for Consumer Research. 1981. 4–6.

Ədəbiyyat

Əlavə ədəbiyyat

  • Duncan, Barry (1988). Mass Media and Popular Culture. Toronto, Ont.: Harcourt, Brace & Co. Canada. ISBN 0-7747-1262-7
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.