Meşəbaş
Meşəbaş — Azərbaycan Respublikasının Qax rayonunun Qax İngiloy inzibati ərazi vahidində kənd.
Meşəbaş | |
---|---|
![]() | |
41°24′32″ şm. e. 46°52′28″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 430 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
| |
![]() |
Əhalisi
- 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Meşəbaş kəndində milli tərkibi ingiloylardan ibarət 16 ailə yaşayırdı.[1]
- 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik ingiloylardan ibarət hər iki cinsdən toplam 171 nəfər əhali yaşayırdı.[2]
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 102 təsərrüfatda hər iki cinsdən toplam 382 nəfər əhali yaşamaqdadır.[3]
Toponimikası
Meşəbaş oyk., mür. Qax r-nunun Qax İngi- loy i.ə.v.-də kənd. Kürmük çayı dərəsindədir. Keçmiş adı Meşəbaşı olmuşdur. Oykonim meşə və başı (yəni yuxarısı, yuxan hissəsi) sözlərindən ibarət olub, “meşənin üstü, yuxansı” mənasındadır. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində İlisu sultanı Sultan Əhmədxan Xəlilbəy meşəsinin üstündə Meşəbaşı adlı yerdə 20 ingiloy ailəsini məs- kunlaşdırması nəticəsində yaranmışdır. Kənd öz coğrafi mövqeyinə görə belə adlandınl- mışdır.[4]
Həmçinin bax
Xarici keçidlər
![](../I/Commons-logo.svg.png.webp)
Vikianbarda Meşəbaş ilə əlaqəli mediafayllar var.
Mənbə
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II hissə. Bakı,2007.
İstinadlar
- Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
- "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 158
- Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.