McDonnell Douglas F-15E Strike Eagle
McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır.[3] F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir.
F-15E Strike Eagle | |
---|---|
| |
Tipi | Çoxməqsədli qırıcı |
İstehsalçı |
McDonnell Douglas Boeing Defense, Space & Security |
İlk uçuş | 11 dekabr 1986 |
İstismara verilmə tarixi | 1988 |
Status | İstismarı davam edir |
İstismarçılar |
ABŞ Hərbi Hava Qüvvələri İsrail Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1985–davam edir |
Buraxılış sayı | 420 |
Vahidinin qiyməti |
F-15E: 31.1 milyon dollar (1998)[1] F-15K: 100 milyon dollar (2006)[2] |
Baza modeli | McDonnell Douglas F-15 Eagle |
Variantları | Boeing F-15SE Silent Eagle |
Vikianbarda əlaqəli mediafayllar |
F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.
İstifadəçilər
Taktiki-texniki xüsusiyyətləri
Ümumi parametrlər
- Ekipaj: 2 nəfər (pilot və silah sistemləri üzrə zabit)
- Uzunluğu: 19.43 m
- Qanad genişliyi: 13.05 m
- Hündürlüyü: 5.63 m
- Boş çəki: 14300 kq
- Maksimum qalxma ağırlığı: 36700 kq
- Güc təminatçısı: 2 × Pratt & Whitney F100-PW-220 mühərrik
Uçuş keyfiyyəti
- Maksimum sürət: 2.5+ max (3017 km/s)
- Döyüş radiusu: 1270 km
- Uçuş tavanı: 18200 m
- Yüksəkliyə qalxma sürəti: 254+ m/s
- Çəkmə gücünün çəkiyə nisbəti: 0.93
- Maksimum g-yüklənmə: +9 g
Həmçinin bax
İstinadlar
- F-15E Strike Eagle fact sheet Arxivləşdirilib 2020-06-15 at the Wayback Machine US Air Force
- "F-15E Eagle." Arxivləşdirilib 2018-08-15 at the Wayback Machine Aerospaceweb.org.
- "Boeing: F-15E Strike Eagle". Boeing Defense, Space & Security. The Boeing Company. 2015-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2018.
- "Order of Battle — Israel". 2012-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
- "Boeing завершил поставку истребителей F-15K Южной Корее". 2013-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
- "«Боинг» завершил поставку ВВС Республики Корея истребителей F-15K «Слам игл»". 2019-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
- "Qatar Signs $12 Billion Deal for U.S. F-15 Jets Amid Gulf Crisis". 14 iyun 2017. 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16 – www.bloomberg.com vasitəsilə.
- of Battle — Saudi Arabia
- "Singapore probably has up to 40 F-15SGs". 25 avqust 2014. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
- "Singapore Quietly Expanding Fighter Force - USNI News". 25 avqust 2014. 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
- F-15E STRIKE EAGLE