Mazutlu

MazutluAzərbaycan Respublikasının Laçın rayonu Malxələf kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Mığıdərə kənd Sovetindən Mazutlu kəndi Malxələf kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Mazutlu
39°32′41″ şm. e. 46°36′52″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Mazutlu xəritədə
Mazutlu
Mazutlu

Toponimikası

Yerli tələffüzü Məzitti formasındadır. XIX əsrin ortalarında xocamusaxlı (əslində, xocaəbuisahaqlı) tayfasına mənsub ailələrin Mazutlu adlı qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Güman etmək olar ki, qışlağın adı Məzit (şəxs adı) və -li (mənsubiyyət bildirir) komponentlərindən düzəlib, şəxsi mülkiyyətlə bağlı yaranmışdır. I Şah Abbasın vəzirlərindən birinin adı da Mazutbəy olmuşdur. Başqırdıstan Respublikasında isə Məzit adlı kənd mövcuddur.[2]

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi

2006-cı ilin statistikasına görə kəndin əhali sayı 50 nəfər olmuşdur.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.