Mayn Rid
Mayn Rid (ing. Thomas Mayne Reid) İrland yazıçısı. Ən məşhur əsəri 1865-ci ildə yazılmış "Başsız atlı" romanıdır. Vəhşi Qərb mövzusunda yazılmış roman dünya miqyaslı şöhrət qazanmışdır. Corc Bayronun əsərlərindən təsirlənən Mayn Ridin yaradıcılığında Bayronun üslubu geniş yer tutur.[1]
Mayn Rid | |
---|---|
ing. Thomas Mayne Reid | |
Doğum tarixi | |
Doğum yeri | Balroney, İrlandiya |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | London, Böyük Britaniya |
Dəfn yeri |
|
Milliyyəti | İrland |
Fəaliyyəti | yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Mayn Rid Tomas 1818-ci il aprel ayının 4-də İrlandiyanın Ballironi kəndində anadan olmuşdur. Belfast şəhərində orta təhsil almış və 1840-cı ildə Amerikaya getmişdir.
1846–1848-ci illərdə jurnalist kimi Amerika-Meksika müharibəsində iştirak etmişdir. 1849-cu ildə Şimalı İrlandiyaya getmişdir. Yaralandığı üçün 1850-ci ildə Londona qayıtmış və Meksika müharibəsindən bəhs edən "Azad atıcılar" adlı ilk romanını yazmışdır. Müharibənin iştirakçısı kimi şəxsən müşahidə etdiyi bir çox hadisələr və insanlar sonralar yazdığı "Ağ rəhbər", "Kbarteron qız", "Feminolların başçısı Otseolla", "Başsız atlı", "Öldürücü atəş" romanlarında öz bədii əksini tapmışdır.
Ən məşhur əsəri 1866-cı ildə yazdığı "Başsız atlı" romanıdır. Vəhşi Qərb mövzusunda yazılmış roman dünya miqyaslı şöhrət qazanmışdır. Mayn Rid insan qəlbinin dərinliklərini açmağı, surətlər arasındakı münasibətləri konkret həyat hadisələri əsasında təsvir etməyi bacaran xarakterlər ustasıdır. Əsərlərində müəllif ABŞ-nin müstəmləkəçilik siyasətini, qul alverinin dəhşətlərini, Amerika hindularının ağır həyatını təsvir etmişdir. Humanist ruhlu macəra romanlarında hinduların ağ müstəmləkəçilərə qarşı istiqlaliyyət mübarizəsini, Asiya, Afrika və Amerikanın bitki və heyvanlar aləmini təsvir etmişdir.
Mayn Rid 1883-cü il oktyabr ayının 22-də Londonda vəfat etmişdir.[2]
İstinadlar
- Meyers, Jeffrey. Edgar Allan Poe: His Life and Legacy. Cooper Square Press, 1992. p. 142. ISBN 0-8154-1038-7
- ""Reid, Captain Mayne" Bio at the Northern Illinois University Libraries". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.