Maykl Rays
Maykl Rays (ing. Michael Rice; d. 25 oktyabr 1997, Hartlpul, İngiltərə) — İngiltərə müğənnisi. O, "Bigger than Us" mahnısı ilə Böyük Britaniyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[1] Bundan öncə Rays 2018-ci ildə BBC-də yayımlanan All Together Now musiqi yarışmasında qələbə qazanmışdır.
Maykl Rays | |
---|---|
ing. Michael Rice | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Maykl Rays ing. Michael Rice |
Doğum tarixi | |
Doğum yeri | Hartlpul, İngiltərə |
Vətəndaşlığı | İngiltərə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2014–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
michaelriceofficial.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Musiqi karyerası
2014–2018: X Factor və All Together Now
Maykl Rays 2014-cü ildə Böyük Britaniyanın X Factor yarışmasının 11-ci mövsümündə iştirak etmişdir. İlkin dinləmədə Vitni Hyustonun "I Look to You" mahnısını ifa edən Maykl növbəti mərhələyə adlamışdır. Yarışmada iştirakını uğurla davam edən ifaçı yarımfinal mərhələsində münsiflərin seçimi ilə yarışmada iştirakını dayandırmışdır.
Maykl 2018-ci ildə BBC-də yayımlanan All Together Now musiqi yarışmasında iştirak etmiş və nəticədə qələbə qazanmışdır.
2019–hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi
2019-cu ilin yanvar ayında Maykl Raysın Böyük Britaniyanın Avroviziya 2019 üçün təşkil etdiyi milli seçim turunda iştirak edən altı müğənnidən biri olduğu elan olunmuşdur. Fevralda baş tutan seçim turunda Rays ifa etdiyi "Bigger than Us" mahnısı ilə ən çox səs toplayaraq, Böyük Britaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.
Diskoqrafiya
Sinqllar
Mahnı adı | İl |
---|---|
"Bigger than Us" | 2019 |
İstinadlar
- "Talent show winner chosen for Eurovision". 8 fevral 2019. 2019-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-09.
Əvvəlki: SuRie "Storm" |
Böyük Britaniya Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: — |