Maykl Kollins (kosmonavt)

Maykl Kollins (31 oktyabr 1930[1], Roma[2]28 aprel 2021[3], Neypls[d], Florida[3]) — ABŞ-lı astronavt.

Maykl Kollins
Michael Collins
Doğum tarixi 31 oktyabr 1930(1930-10-31)[1]
Doğum yeri
Vəfat tarixi 28 aprel 2021(2021-04-28)[3] (90 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi[4][5]
Dəfn yeri
Milliyyəti amerikalı
Təhsili
  • ABŞ Hərbi Hava Qüvvələri Test Pilot Məktəbi[d],
  • ABŞ Hərbi Akademiyası[d],
  • Harvard Biznes Məktəbi[d]
Fəaliyyəti zabit, kosmonavt, pilot, iş adamı, Test pilotu, avtobioqraf[d], aktyor, sahibkar
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Maykl Kollins 31 oktyabr 1930-cu ildə İtalyanın paytaxtı Roma şəhərində anadan olmuşdur.

Astronavt fəaliyyəti

Maykl Kollins NASA-nın layihələri üçün işləmiş, "Cemini" və "Apollon 11" proqramlarında kosmosa çıxmışdır. Ümumilikdə kosmosda 11 gün 2 saat 4 dəqiqə 43 saniyə vaxt keçirib.

Maykl Kollins 1969-cu ildə Aya uçan Apollon 11-in 3 nəfərlik ekipajından biri idi. Yəni Aya ilk addım atan astronomlarla bərabər idi. Digər 2 astronom Ay səthində addım atdıqları zaman o, Apollo 11-in içində Ay orbitində fırlanmaqla vəzifəli idi. Kosmik cihaz Ayın Dünyaya baxmayan qaranlıq tәrәfinә keçdiyi zaman radio siqnallarına Ay tərəfindən maneə törədilmiş və Michael Collinsin Dünya ilə bütün əlaqəsi kəsilmişdi. Ay səthindəki həmkarlarıyla da hər hansı bir əlaqəsi qalmayan Michael Collins, Ayın Dünyadan görünmәyәn arxa üzündə keçirdiyi 48 dəqiqə boyunca ən tək anlarını yaşadı və insanlıq tarixində bənzəri görülməmiş bir şəkildə, Dünyadan ən uzaq məsafədə olan adam oldu.[7]

1970-ci ilin yanvarında astronavt işindən ayrılmışdır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.