Maykl Kiton

Maykl Con Duqlas (ing. Michael John Douglas; 5 sentyabr 1951[1][2][…], Koraopolis[d], Pensilvaniya) — ABŞ aktyorudur. "Bitlcus" və "Betmen" rollarını ifa etmişdir.

Maykl Kiton
Michael Keaton
Doğum adı Michael John Douglas
Doğum tarixi 5 sentyabr 1951(1951-09-05)[1][2][…] (72 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyoru
Fəaliyyəti kino aktyoru, aktyor, müğənni, kinorejissor, xarakter aktyoru[d], dublyaj aktyoru[d], televiziya aktyoru, səsləndirmə aktyoru[d], film prodüseri
Fəaliyyət illəri 1975-ci ildən
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi
IMDb ID0000474
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Maykl Con Duqlas 5 sentyabr 1951-ci il tarixində Pensilvaniya ştatınnı Koraopolis şəhərində doğulmuşdur.[3][4][5][6] Valideynləri ingilis, irland, irland-şotland və alman əsillidir.[7] O, ailədə yeddi uşaqdan ən kiçiyi idi. İlk dəfə aktyorl karyerasına 25 yaşında rol aldığı "Mod" adlı televiziya serialında ifa etdiyi Çip Vinston rolu ilə başlamışdır.

Aktyorluğa yeni başladığı müddətdə Maykl Duqlasla qarışdırılma təhlükəsiylə qarşı-qarşıya qalan Maykl soyadını dəyişdirməyə qərar verir. O dövrdə böyük heyranlıq bəslədiyi ABŞ aktrisası Dayan Kitonun (əsl adı: Dayan Holl) bir şəklini gördükdən sonra yeni soyadını "Kiton" olaraq adlandırır. Maykl bu soyadını müvəqqəti düşünmüş, amma tamaşaçıların uzun müddət onu Maykl Kiton adı ilə tanıdıqlarından, Maykl bir müddət sonra rəsmi olaraq soyadını "Kiton" olaraq dəyişdirmişdir.

Maykl Kiton bir müddət televiziya seriallarında iştirak etdikdən bir müddət sonra karyerasını filmlərdə davam etdirməyə başlayır və ilk filmi "Gecə növbəsi" (1982) adlı komediya filmi olur. Maykl Tim Börtonun 1988-ci ildə çəkdiyi "Bitlcus" filmində "Bitlcus", 1989-cu ildə ildə çəkdiyi "Betmen" filmində Brüs Ueyn rol canlandırır və populyarlıq qazanır. 2000-ci illərdən başlayaraq bir çox animasiya filmlərində personajları səsləndirmiş və rejissorluq karyerasına başlamışdır.

Seçilmiş filmoqrafiya

İl Ad
1972–1978Mod
1982Gecə növbəsi
1983Cənab Ana
1987Onun uşağı olacaq
1988Bitlcus
1989Betmen
1991Betmanın qayıdışı
2006Maşınlar
2010Oyuncaqların hekayəsi 3
2011Maşınlar 2
2013Şimal Penthausu
2013Tarixi silmək
2014RoboKop

İstinadlar

  1. Sparks K. Michael Keaton // Encyclopædia Britannica (ing.).
  2. Michael Keaton // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. "Michael Keaton Biography (1951–)". Filmreference.com. September 9, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 24, 2012.
  4. A Leading Man Without Pause Arxivləşdirilib 2013-06-01 at the Wayback Machine. The Record (Bergen County, NJ)
  5. Vancheri, Barbara. "Obituary: Leona Douglas / Actor Michael Keaton's mother doted on her seven children". Pittsburgh Post-Gazette. November 13, 2002. August 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2010.
  6. "Actor Michael Keaton is another who insists he is half-Scottish". Sunday Express. September 25, 2005. January 2, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 12, 2007.
  7. Fulton, Rick. "Michael Keaton: I dropped my phone in surprise when I was offered the role of Barbie's Ken in Toy Story 3". Daily Record. June 11, 2010. August 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2010.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.