Maykl Bond

Maykl Bond(ing. Sir Michael Bond, 13 yanvar 1926 – 27 iyun 2017)—ingilis yazıçısı, ssenaristi.

Həyatı

Maykl Bond 13 yanvar 1926-cı ildə Böyük Britaniyanın cənub-şərqində, Nyuberidə, Berkşir qəsəbəsində anadan olmuşdur. "Ayı balası Paddinqton" haqqında məşhur kitablar seriyasının müəllifidir.

M. Bond 1945-ci ildə yazıçılığa başlayır. 1958-ci ildə artıq bir çox pyeslərin və hekayələrin müəllifi olan yazıçı, Paddinqton haqqında ilk hekayəsini nəşr etdirir. BBC-də çalışan M. Bond 1965-ci ildə artıq bu balaca ayı haqqında hekayələr seriyasını dərc etdirir. Bundan sonra radiodan işdən çıxan yazıçı özünü bütünlüklə yaradıcılığa həsr edir. Yazıçı 1997-ci ildə Britaniya imperiyası ordeni ilə təltif edilmişdir. Hal-hazırda Londonda yaşayır. 2007-ci ildə Redinq universitetinin ədəbiyyat üzrə doktoru seçilmişdir.

Başqa əsərləri

  • 1966 — Here Comes Thursday
  • 1968 — Thursday Rides Again
  • 1969 — Thursday Ahoy!
  • 1971 — Thursday in Paris
  • 1971 — Michael Bond's Book of Bears (Editor)
  • 1972 — The Day the Animals Went on Strike
  • 1975 — Windmill
  • 1975 — How to Make Flying Things (nonfiction)
  • 1975 — Mr. Cram's Magic Bubbles
  • 1980 — Picnic on the River
  • 1980 — J. D. Polson and the Liberty Head Dime
  • 1981 — J. D. Polson and the Dillogate Affair
  • 1983 — The Caravan Puppets
  • 1986 — (With Paul Parnes) Oliver the Greedy Elephant
  • 1987 — (And photographer) The Pleasures of Paris (guidebook)
  • 1988 — A Mouse Called Thursday (omnibus)
  • 1992 — A Day by the Sea
  • 1992 — Something Nasty in the Kitchen
  • 1996 — Bears and Forebears: A Life So Far (autobiography)

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.