Mayk Tayson
Mayk Tayson (30 iyun 1966[1][2][…], Bruklin, Nyu-York) — Dünya şöhrətli, keçmiş peşəkar ABŞ boksçusu. Ağır çəki dərəcəsində gəlmiş keçmiş ən yaxşı boksçulardan biri kimi qəbul edilir. ESPN-in "Bütün Çəkilər Üzrə Tarixin Ən Yaxşı Boksçuları" sıralamasında 42-ci yerdə göstərilib, "Bütün Zamanların Ən Yaxşı Ağırçəkili Boksçuları" negro sıralamasında isə 11-ci sırada qərarlaşıb. Əfsanavi Tayson, ağır çəki dərəcəsində ən gənc Dünya Çempionu olmuş boksçudur, 1986-cı ildə çempion olarkən onun cəmi 20 yaşı var idi. Mayk Tayson boks tarixində "George Foreman" və "Earnie Shavers"dan sonra ən ağır zərbə gücünə sahib boksçu olub. "Dəmir Mayk"ın endirdiyi zərbənin ağırlığı 1.2 tona bərabər olub.
Mayk Tayson | |
---|---|
ing. Mike Tyson | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 30 iyun 1966[1][2][…] (57 yaş) |
Doğum yeri | |
Boyu | 179 sm |
Çəkisi | 109 kq |
İdman növü | boks |
Rəsmi saytı |
İslam dinini qəbul etdikdən sonra adını dəyişib Malik Abdul Əziz qoydu.
Həyatı
Maykl Cerard Tayson ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərində Lorna Smit və Cimmi Kirkpatrikin ailəsində dünyaya göz açıb. Dünya şöhrətli boksçu Tayson soyadını anasının birinci həyat yoldaşından götürüb. Maykl hələ dünyaya gəlməmişdən atası ailəni tərk edib. Tayson 10 yaşına qədər sakit, heç kəsin diqqətini çəkməyən bir uşaq təsiri bağışlayıb. 11 yaşındaykən həyatında baş verən bir hadisə onun həyatını büsbütün dəyişib. Mayk hələ uşaqlıqdan sülh rəmzi olan göyərçinləri və onları bəsləməyi həddən çox sevirdi. Bir dəfə yerli uşaqlardan ibarət bandit qruplaşmasının liderlərindən biri Maykın göyərçinlərindən birini götürür və başını üzərək yerə atır. Bundan bərk qəzəblənmiş Mayk rəqibinin üstünə şığıyır və onu yaxşıca əzişdirir. Bu hadisədən sonra tay-tuşları və yerli bandit qruplaşması arasında Maykın nüfuzu birə-beş artır. Cinayətkar qrupun üzvü olan bu uşaqlar onu dəstələrinə cəlb edir, oğurluğa, cib soymağa təhrik edirdilər.
Həyatında baş verən və onun həyatını müsbət istiqamətə dəyişən hadisə isə Mayk Taysonun boksun kralı Məhəmməd Əli ilə görüşü olur.Məhəmməd Əli və digər məşhurların çətin tərbiyə olunan uşaqlara təsir göstərmək üçün onlarla görüşü həmin dövr üçün xarakterik hal idi. Boks əfsanəsinin görüşü Maykda xoş təsir oyadır və beləliklə, o, 13 yaşında həddi-büluğa çatmayan cinayətkarlar üçün xüsusi məktəbə göndərilir.
Bu məktəbdə o idman müəllimi Bobbi Stüartla tanış olur. Stüart onun əsil insan kimi formalaşmasında və boksla peşəkar idmançı kimi məşğul olmasında böyük rol oynayır. Maraqlıdır ki, Mayk artıq 13 yaşında uzanılı halda 100 kq-lıq ştanqı qaldıra bilirdi. Bu zaman Stüart şagirdini əfsanəvi məşqçi və menecer Kass D` Amato ilə tanış etməyin vaxtı gəlib çatdıyını başa düşür. Hər şey bundan başlayır: Kass D` Amatonun evində yaşayarkən sonsuz sayda köhnə video yazılara baxır, məşhurların döyüşlərini izləyir. Bütün bunların təsiri idi ki, Mayk Tayson rinqə o dövr üçün qeyri-adi imicdə çıxırdı: xalatsız, musiqi olmadan, qara tumanda və yalın ayaqla.
Qeyd edək ki, Mayk Tayson üç dəfə ailə həyatı qurub: ilk həyat yoldaşı Robin Hivens aktrisa olub, ikinci dəfə Monika Terner adlı həkimlə evlənib, üçüncü dəfə (2009) taleyini Lakiya Spayserlə bağlayıb.Ümumilikdə 8 uşaq sahibi olan Mayk Amerika ştatlarının birində yaşayır.
Onun bacı və qardaşları: Rodni və Denis Tayson, Cimmi Li Kirkpatrik. Yeniyetmələr arasında ilk ağır çəki dərəcəsində Olimpiya çempionu tituluna layiq görülən Mayk Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib: 50-sində qələbə (44-ü nokautla) qazanıb, 6 dəfə məglubiyyət acısı yaşayıb, 2 döyüşü alınmayıb.
Məşhur boksçu həvəskar karyerası ərzində isə 60 (54 qələbə,6 məğlubiyyət) döyüş keçirib.
İstinadlar
- Mike Tyson // Internet Broadway Database (ing.). 2000.
- Mike Tyson // Encyclopædia Britannica (ing.).
Həmçinin bax
Xarici keçidlər
- MAYK TAYSON HAQQINDA Arxivləşdirilib 2014-10-07 at the Wayback Machine