Mavas monastırı
Mavas monastırı — Xocavənd rayonunun Gavahın kəndi yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Monastır kitabəsində onun XIII əsrdə inşa edildiyi göstərilmişdir.
Mavas monastırı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Gavahın kəndi |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
İstinad nöm. | 239 |
Kateqoriya | Monastır |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Tarixi
Monastır həyətində aşkarlanmış kitabəyə əsasən onun XIII əsrdə inşa edilmiyi müıyyən edilmişdir.[1]
Memarlıq xüsusiyyətləri
Mavas monastrı əlçatmaz ərazidə inşa edilməklə yanaşı həm də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Buna görə də monastır yüzillər boyunca həm də ərazi əhalisinin təhlükəsizliyinin təmin olunmasında rol oynamış və qala kimi istifadə edilmişdir.[2] Vaxtilə bir qayadan digərinə uzanaraq bütün kompleksi ıhatə edən qala divarlarının yalnız xarabalıqları dövrümüzə çatmışdır.[2]
Mavas monastırından dövrümüzə üçnefli bazilika, ona birləşən narteksin xarabalıqları və müxtəlif mülki tikililərin qalıqları çatmışdır. Maraqlı memarlıq həllinə malik olan kilsənin ibadət zalı gözəl həll edilmiş tağlar, pilonlar, apsidalar, içəri doğru genişlənən pəncərə yerləri ilə bəzədilmişdir. Yüksək bədii tərtibata malik iki xaçdaş və altar yüksəkliyi altındakı dörd məzar üzərindəki naxışlı sinədaşları interyerin ümumi memarlıq-bədii tərtibatının tamamlanmasında rol oynayır.[2]
Tağtavanın ağırlığı iki pilon və divarlar boyunca düzülmüş yarımpilonların üzərinə düşür. Düzbucaqlı ibadət zalı 4,8x8,1 metr ölçüyə malikdir.[2] Qalıqlarına əsasən müəyyən edilmişdir ki, narteks kvadratvari formaya malik idi.[2]
İstinadlar
- Mkrtçyan, 1989. səh. 123
- Mkrtçyan, 1989. səh. 124
Ədəbiyyat
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989