Mavas

MavasAzərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidinin ərazisində ləğv olunmuş kənd[1].

Mavas
39°42′46″ şm. e. 46°56′05″ ş. u.
Ölkə
Region Xocavənd rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Mavas xəritədə
Mavas
Mavas
Mavas xəritədə
Mavas
Mavas

Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Kənd ərazisi 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.

Toponimikası

Mavas- Xocavənd rayonunda kənd adı. Kənd Yuxari Qarabagın Çiləbörd kəndindən çıxmış ailələrin Mavas adlı dağın ətəyində saldıqları məntəqədir. Başqa məlumata görə Türkiyənin Diyarbəkir mahalından gəlmə ermənilərin kəndidir. Mavas dağının adındandır. Mavas- Xocavənd rayonunda dağ adı. Mənbədə dağın adı "Mavas-Xirxan" kimidir. "Albaniya tarixi" əsərində Mivs kimidir ("Albaniya tarixi"). Fars dilində məvə " dayanacaq", "pənahlıq" sözündəndir.[2]

Tarixi

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 28 sentyabr 1979-cu il tarixli Fərmanı ilə Mavas kəndi əslində mövcud olmadığına görə o vaxtkı Martuni rayonu Qırmızı Bazar qəsəbə Sovetinin yaşayış məntəqələri siyahısından çıxarılmaq haqqında o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi[1].

Həmçinin bax

Xocavənd rayonu

Xarici keçid

http://xocavend-ih.gov

İstinadlar

  1. Azərbaycan Sovet Sosialist Respublikasının ALİ SOVETİNİN MƏLUMATI (№ 18 (560)). BAKI: AZƏRBYCAN SSR ALİ SOVETİNİN NƏŞRİ. "Kommunist" nəşriyyatının mətbəəsi. 30 sentyabr 1979-cu il. 5.
  2. B. Budaqov. Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı,2005
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.