Mauriya imperiyası
Mauriya İmperiyası — Qədim Hindistanda dövlət.(e.ə. 317-e.ə. 180-ci illər.) Paytaxtı Pataliputra, indiki Patna şəhəri. Əsası Mauriya sülaləsindən olan Çandraqupta tərəfindən qoyulan bu dövlət əsr yarım Hindistanda mövcud olmuşdu.
İmperatorluq | |||
Mauriya imperiyası | |||
---|---|---|---|
मौर्य साम्राज्यम् (Sanskrit) | |||
|
|||
|
|||
e.ə. 322 — e.ə. 185
|
|||
Paytaxt | Pataliputra, Patna | ||
Dilləri | sanskrit | ||
Rəsmi dilləri | Hind-ari dilləri , Sanskrit | ||
Dövlət dini | Hinduizm , Buddizm , Caynizm | ||
Ərazisi | 5 000 000 km² | ||
Əhalisi | ~ 40 milyon | ||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Sülalə | Mauriya | ||
İmperator | |||
• E.ə. 320—298 | Çandraqupta Mauriya | ||
• E.ə. 298—272 | Bindusara | ||
• E.ə. 268—232 | Aşoka | ||
Vikianbarda əlaqəli mediafayllar |
Şimali Hindistan E.ə. VI-IV əsrlərdə
Eramızdan əvvəl VI-IV əsrlərdə Hindistanın şimal-qərbində hələ xırda dövlət birləşmələri öz varlığını saxlayırdı. E.ə. VI əsrin sonunda bu ərazi İran Əhəməni dövlətinə birləşdirilmişdi və iyirminci satraplığa daxil idi. Hisndistanın bu vilayəti Əhəmənilərə ildə 360 talant (təxminən 9 ton) qızıl qum göndərirdi.[1] Əhəməni dövləti zəifləyən zaman hind satraplığı tabeçilikdən çıxdı.
Makedoniyalı İskəndər Əhəməni dövlətini süquta uğratdıqdan sonra e.ə. 327-ci ildə Hindistanın qərb torpaqlarına daxil oldu. Hinsitanın Taksila vilayətinin hökümdarı Ambxi döyüşsüz təslim oldu. Eyni zamanda İskəndərə xərac verməyə razı oldu.[2] İskəndər puru tayfalarının hökümdarı Por ilə döyüşə girməli oldu. Por şücaətlə vuruşurdu, lakin yaralanaraq əsr düşdü. İskəndər onu cəsurluğuna görə hakimiyyətdə saxladı. İskəndər buradan şərqə adlamaq, Qanq vadisini tutmaq niyyətində idi. Lakin sonda döyüşçülər qayıtmağı tələb etdilər. İskəndərin müdaxiləsini gözləyən Nand hökümdarı ona qarşı 200 min piyada, 20 min süvari, 2 min cəng arabası, 3 min fil toplamşdı.[2] İskəndər Hindistanın dərinliyinə hərəkət etmədi və e.ə. 326-cı ildə ölkəni tərk etdi. Hindistanın işğal olunmuş hissəsində yunan-makedon hərbi dəstələri yerləşdirildi.
Vahid dövlətin yaranması
İskəndərin vəfatından sonra onun varisləri arasında hakimiyyət uğrunda uzun-uzadı mübarizə başladı. Belə şəraitdə hindlilər də yunan-makedon hərbi dəstələrinə qarşı qalxdılar. Mübarizənin başında Mauriya sülaləsindən olan Çandraqupta dayanmışdı. O, e.ə. 317-ci ildə yadellilərin Hindistanı tərk etməsinə nail oldu; elə həmin il Qanq çayı vadisnə hücum edib Nand sülaləsinin hakimiyyətinə son qoydu. O, Mauriya (pali dilində "tovuz quşu" mənası verir) sülaləsinin əsasını qoydu. E.ə. 305-ci ildə I Selevk Nikator yunan-makedon hakimiyyətini bərpa etmək üçün Hindistana soxuldu, lakin heç bir müvəffəqiyyət əldə edə bilmədi. I Selevk müasir İran və Əfqanıstan ərazisinin çox hissəsini Çandraquptaya güzəştə getməyə məcbur oldu. Bundan sonra selevkilər bir daha Hindistan torpaqlarına soxulmadılar. Münasibətləri möhkəmləndirmək naminə sələviklər Çandraquptanın sarayına səfr göndərdilər. Bu səfr Meqasfen idi. O gördüklərini "Hindika" əsərində təsvir etmişdi.[3]
Mauriya dövlətinin yüksəlişi
Çandraquptadan sonra hakimiyyətə onun oğlu Bindusara (e.ə. 293-e.ə. 268) gəldi. O, 25 il hakimiyyət başında oldu. Onun fəaliyyəti barədə etibarlı məlumat yoxdur. Onun oğlu Aşokanın (e.ə. 268- e.ə. 231) hakimiyyəti illərində Mauriya dövləti yüksək çiçəklənmə dövrünə qədəm qoymuşdu. Bu zaman Mauriya dövlətinin tərkibinə cənubdakı Dekan vilayətindən başqa Hindistanın bütün ərazisi daxil idi.
Mauriya dövlətinin tərkibinə müxtəlif dillərdə danışan əhali daxil idi. Onların iqtisadi və sosial inkişaf səviyyəsi də fərqlənirdi. Ölkə beş əsas canişinliyə bölünür. Hər bir vilayət canişinliyi hakim ailə üzvləri tərəfindən idarə olunurdu. Bu canişinliklər Maqadha ( Qanq çayının vadisi), Taksila (şimal-qərb), Ucayanı(qərb), Kalinqa(cənub-şərq) və Suvarnaqi (cənub) vilayətlərindən ibarət idi.
Mauriya dövlətinin ərazisində müxtəlif dinlər mövcud idi. Vahid dinin yaradılmasına ehtiyac duyulurdu. Çünki dövlətin vahid ideoloji əsaslarının yaradılması əhalinin dini pərakəndəliyinə son qoyar, təbəələr arasaında dindən doğan rəqabəti müəyyən dərəcədə ləğv edə bilərdi. Aşokaya qədər ölkədə ən geniş yayılmış din brahmanizm idi. Buddizm dini təzə dirçəlirdi. Aşoka dövlətin dini siyasətini kökündən dəyişdi. O, buddizm dinini qəbul etdi və bu dinin yayılması üçün tədbirlər gördü. Ölkədə buddizmi təbliğ edən ibadət abidələri tikildi. Aşokanın dövründə buddiizm dövlət dininə çevrildi, ölkədə və kənarda geniş yayılmağa başladı.[4]
Süqutu
Aşokanın dövlət və dini siyasəti daim müqavimətə rast gəlirdi. Brahman rahibləri siyasi və dini mövqelərini itimək istəmirdilər. Vilayətlərdə ayrılma meyilləri artırdı. Aşokanın ömrünün sonunda siyasi vəziyyət gərginləşdi. O, hakimiyyətdən belə uzaqlaşdırıldı. Aşokanın vəfatından sonra Mauriya dövləti zəiflədi və parçalandı. E.ə. 180-ci ildə Mauriya sülaləsinin son nümayəndəsi sərkərdə Puşyamitra tərəfindən öldürüldü. O, Şunqa sülaləsinin əsasını qoydu. Maqadha hələ öz müstəqilliyini saxlayırdı. E.ə. 68-ci ildə Maqadhada hakimiyyət Kamva sülaləsinin əlinə keçdi.
Mauriya sülaləsi əsr yarım Hindistana ağalıq etmişdi. O bütün ölkəni vahid mərkəzdə birləşdirməyə nail olmuşdu. Bunun nəticəsində ümumi iqtisadi inkişaf üçün şərait yaranmışdı, Hindistanın xarici siyasəti və ticarət əlaqələri genişlənmişdi. Xarici hərbi müdaxilələrin olmaması qədim Hindistan əhalisinin mədəni əlaqələrinin güclənməsi üçün imkan yaratmışdı.
İstinadlar
- Бонгард-Левин Г.М. "Индия эпохи Маурьев" М., 1973.
- "Образование империи Маурьев". 2009-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-29.
- "МАУРЬЕВ ГОСУДАРСТВО". 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-29.
- "РАСПРОСТРАНЕНИЕ БУДДИЗМА В ИНДИИ:От Гаутамы до Ашоки". 2017-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-02.
İstifadə olunmuş ədəbiyyat
- Y.Yusifov. "Qədim Şərq tarixi". Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2007.s.463-466.
- Бонгард-Левин Г.М., Ильин Г.Ф. "Индия в древности. М.,1985.