Maui adası
Maui adası — Havay adaları qrupu içərisində olan ikinci ən böyük ada; sahəsi 1.883 km²; sahil xətti umumilikdə 240 km.-dir. ABŞ-nin Havay əyalətinin bir hissəsidir və ərtafında üç digər ada (Moloko, Lanai və Kahoolave) ilə birlikdə bu əyalətə bağlı Maui Kontluğunu təşkil edir və bu kontluğun mərkəzi şəhəridir.
Maui adası | |
---|---|
ing. Maui | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 1,883 km² |
Uzunluğu |
|
Eni | 42 km |
Sahil uzunluğu | 240 km |
Hündür nöqtəsi | 3,055 m |
Əhalisi | 154,834 nəfər (2015-ci il) |
Yerləşməsi | |
20°48′00″ şm. e. 156°20′00″ q. u. | |
Ölkə | ABŞ |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yerli Havai mifologiyasına görə, qədim zamanlarda Havai adalar qrupunu kəşf etmiş Poloneziyalı dənizçi və səyyah olan Havai'iloa bu adanı oğlunun adı olan Maui adını vermişdi. Maui Polonez mifologiyasına görə bir növ dəniz yarı-tanrısıdır. Bu adanın əvvəlki adının İhikapalaumaeva olduğu söylənilir.
Adada iki dənə vulkan mövcuddur: Haleakala və Mauna Kahalavai. Bunlar arasında yerləşən yarımada və bu vulkanlardan axan sular vadinin torpağını mümbitləşdirir və əkin üçün əlverişli edir. Bu yarımada və vadilərə görə Maui adasına "Vadi Adası" ləqəb olaraq verilmişdir.
Adanın relyefinin formalaşmasında Geoloji, topoqrafik və iqlim faktorları öz təsirini göstərmişdir. Arxepelaqın digər adaları kimi, Maui adası qara vulkan süxurlarından əmələ gəlmişdir. Vulkanlar kifayət qədər bir-birinə yaxın yerləşirdi ki, lava axınlarının qarışması nəticəsində vahid ada formasını almışdır. Qərbdəki vulkan daha qədimdir. Onun konusu daha çox eroziyaya məruz qalmışdır. Şərq vulkanı Haleakala – daha cavandır və onun konusu dəniz səviyyəsindən 3000 m., okeanın dibindən 8000 m. hündürlüyə qədər göylərə uzanır. Sonuncu dəfə Haleakala vurkanı 1790-cı ildə püskürmüşdür.
Tarixi
Adaya ilk gələn insanlar Taiti və Markiz adalarından olan poloneziyalılar olmuşdu və hal-hazırda da Havai adalarının yerli əhalisi hesab olunurlar. 1790-cı ildə Havai adasının kralı I Kameamea adanı işğal etmək istəsədə krallığında baş verən iğtişaşlar nəticəsində geri qayıtmalı olmuşdur, lakin bir neçə ildən sonra Kral Maui adasını işğal etmişdir. Adanı görən ilk avropalı 26 noyabr 1778-ci ildə adanın yaxınlığından üzən Jeymis Kuk olmuşdur, lakin sahilə çıxmaq üçün münasib yer tapa bilmədiyinə görə, o, adaya ayaq basa bilməmişdir. Adaya ilk ayaq basan avropalı admiral Jan-Fransua de Laperuz olmuşdur. O indiki Laperuza körfəzi adlanan yerdə sahilə çıxmışdır. Laperuzun ardınca Maui adasına çox sayda avropalılar gəlməyə başladı: tacirlər, balina ovçuları, ağackəsənlər və missionerlər. 1823-cü ildən başlayaraq Yeni İngiltərənin sakinləri o dövrdə paytaxt olmuş Lahaina şəhərində məskunlaşmağa başladılar. Onlar yerli əhalinin mədəniyyətinə çox böyük təsir göstərdilər. Missionerlər yerli əhaliyə oxuyub-yazmaq üçün 12 hərfdən ibarət əlifba yaratdılar. Bundan başqa adaların tarixlərini yazmağa başladılar, hansı ki, o dövrə qədər ancaq şıfahi olaraq nəsildən-nəsilə ötürülürdü. 1831-ci ildə missionerlər bu gündə mövcud olan Lahaina şəhərində ilk məktəbi açdılar.
Balina ovu sənayesinin genişlənməsi zamanı (1843–1860-cı illər) Lahaina balina ovu gəmiləri üçün vacib liman hesab edilirdi.
I Kameamea nın varisləri adaları 1872-ci ilə kimi idarə etdilər və bundan sonra onları başqa bir qədim nəsil əvəz etdi. 1893-cü ildə monarxiyanın mövcudluğuna son qoyuldu. Havai ların sonuncu şahzadəsi Liliuokalani idi. Bir ildən sonra Havai Respublikası yaradıldı. 1898-ci ildə Havai adaları ABŞ tərəfindən ilhaq edildi və ərazi statusu aldı. 1959-cu ildə isə Havai rəsmən ABŞ-nin 50-ci ştatı oldu.
İkinci Dünya Müharibəsi dövründə adalar vacib yükboşaltma məntəqəsi, əsgərlərin təlim və istirahət mərkəzi hesab olunurdu. 1943 və 1944-cü illərdə Maunidə 100 000 əsgər yerləşdirilmişdi. Həmin dövrdə Haiku şəhərində Dəniz piyadalarının 4-cü diviziya korpusu yerləşirdi.
Yaşayış məskənləri
Adada mövcud olan əsas yaşayış məskənləri rəsmi olaraq: Haiku, Hana, Kaanapali, Kahului, Kapalua, Kihei, Lahaina, Makavao, Paia, Vailuku.
Bunlar arasında "Kahului" əhalisinin sayına görə ən böyük yaşayış məskənidir və 2010-cu ilin əhalinin siyahıya alınmasın zamanı 26,337 nəfərdir. Kahului adanın ticari və maliyyə mərkəzi rolunu oynayır.
İqtisadiyyatı
Maui adasının iqtiyadiyyatının əsasını kənd təsərrüfatı və turizm təşkil edir. Əsas kənd təsərrüfatı məhsulları: kofe, makadamiya fındığı, papayya, şəkər qamışı, ananas və güllərdir.
Turistlərin əksəriyyətini ABŞ-in materik hissəsindən və Kanadadan gələnlər təşkil edir. Adanın görüləcək yerlərindən:
- İao vadisi
- Lahaina (Havai Krallığının keçmiş paytaxtı və keçmiş balina ovçuluq mərkəzi)
- "Hana" yolu
- Haleakala Dağı
- Molokini
- Haleakala Milli Parkı qeyd etmək olar.
Maui adası həmçinin vacib astronomiya mərkəzlərindən biridir. Haleakala vulkanının üstündə eyniadlı rəsxədxana yerləşir. Rəsxədxananın hündürlükdə yerləşməsi, adanın quru iqlimi və işıq çirklənməsinin olmaması il boyu kosmik obyektlərin müşahidəsini əlverişli edir.
Görkəmli şəxsləri
- Petsi Mink – Havay ştatını təmsil etmiş yaponəsilli siyasətçi.
Beynəlxalq əlaqələri
Maui Portuqaliyanın Funşal şəhəri ilə qardaşlaşıb.