Əbu Mansur əl Matüridi

Əbu Mənsur əl Mətüridi (tam adı: Muhəmməd bin Muhəmməd bin Mahmud əbu Mənsur əl-Səmərqəndi əl-Maturidi əl-Hənəfi; (təq. 852[1]944[2][1][…], Səmərqənd, Mavəraünnəhr, Abbasilər) — Hənəfi fiqhi məzhəbindən olanların əksəriyyətinin etiqad (inanc) imamı, tanınmış alim, türk, islam filosofu, Maturidiyyə (maturidilik) etiqadi məzhəbin banisi.

Əbu Mansur əl Matüridi
Məhəmməd bin Məhəmməd bin Mahmud əbu Mənsur əl Səmərqəndi əl Mətüridi əl Hənəfi
Digər adı Səmərqəndi
Doğum tarixi təq. 852[1]
Doğum yeri Maturid kəndi, Özbəkistan
Vəfat tarixi 944[2][1][…]
Vəfat yeri Səmərqənd
Fəaliyyəti fəqih, müfəssir, filosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Özbəkistanın Səmərqənd şəhəri yaxınlığındakı Mətürid kəndində anadan olub. Türk mədəniyyət muhitində yetişən və daha çox türklər arasında tanınan, bununla belə bəzi fikirləri dünyada yayılmış türk din adamıdır.Onun həyati barədə çox dərin qaynaqlar yoxdur. Bəzi mənbələrdə "Səmərqəndi" kimi də xatırlanır.

Maturidi fiqhi məsələlərdə imam Əbu Hənifənin yolunu davam etdirsə də, əqidə məsələlərində isə yeni etiqadi məzhəbin banisi sayılır. əl-Maturidi hicri 238-ci (miladi 852-ci) ildə Türküstanda Səmərqənd şəhəri yaxınlığındakı bir kənddə türk ailəsində doğulmuşdur. Maturidi hesab edirdi ki, sələfin vaxtında olmayan və yeni ortaya çıxan bidətçi təriqətlərə, xüsusən də dində yalnız ağıla üstünlük verən Mötəziləyə qarşı sələfin (peyğəmbər səhabələrinin və onların davamçısı olan tabiinlərin) metodu ilə çıxmaq, əhli-sünnət inancını qorumaq yolunda çətin olduğu üçün inanc mövzusunda, ayə və hədislərlə yanaşı ağıla da yer vermək, Sünnənin mənbələri ilə yanaşı əqli açıqlamalar da edərək məsələnin daha yaxşı başa düşülməsi və qəbul edilməsi üçün əvvəlki alimlərin, xüsusən də fiqhi məzhəb imamlarının - imam Malikin, imam Şafinin, imam əbu-Hənifənin, imam Əhməd ibn Hənbəlin istifadə etmədiyi üsullardan istifadə etmək zərurətə çevrilmişdir.

  1. Persée. 2005.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.