Matu-Qrosu-du-Sul
Matu-Qrosu-du-Sul (port. Mato Grosso do Sul) — Braziliyanın cənub-qərbində yerləşən ştat. İnzibati mərkəzi Kampu-Qrandi şəhəridir.
Matu-Qrosu-du-Sul | |
---|---|
20°11′ c. e. 54°42′ q. u. |
|
Ölkə | |
İnzibati mərkəz | Kampu-Qrandi |
İcra başçısı | Eduardo Riedel |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 11 oktyabr 1977 |
Sahəsi |
|
Hündürlük | 293 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-MS |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Matu-Qrosu, Qoyas, Minas-Jerays, San-Paulu və Parana ştatları ilə sərhədlənir. Üstəlik qərbdən Paraqvay və Boliviya ilə sərhədə malikdir.
Adı
Adının mənası portuqalcadan tərcümədə «Cənub seyrəkmeşəsi» anlamını daşıyır. Ştat ondan şimalda yerləşən Matu-Qrosu ştatının varisidir. Buda təsadüfü deyil ki, insanlar Matu-Qrosu və Matu-Qrosu-du-Sul adlarını səhv salırlar.
Coğrafiya
Tropik iqlimə malikdir. Bununla belə olduqca rütubətlidir. Buradan Parana çayının çoxlu qolları axır.
İqlim
Matu-Qrosu-du-Sul rütubətli subtropik iqlimə malikdir. İllik yağıntınln miqdarı 1500 mm-dir. Yanvar ən isti aydır. Bu zaman maksimal temperatur 34 °C, minimal isə 24 °C təşkil edir. İyul ayında maksimal temperatur 24 °C, minimal isə 15 °C olur. İl ərzidə günəşli hava müşahidə edilir.
Tarixi
Matu-Qrosu-du-Sul 1977-ci ildə Matu-Qrosudan ayrılmaqla təşkil edilmişdir. Bunun təstiqlənməsi məqsədi ilə iki il tələb olunmuşdur (1 yanvar 1979).
Əhali
2008 ilə olan məlumata görə ştat ərazisində 2 372 000 nəfər yaşayır. Əhalinin sıxlığı 6,4 nəf./km² təşkil edir. Urbaniyasiya səviyyəsi 84,7 %-dir.
İnzibati bölgü
İnzibati cəhətdən ştat 4 mezoregiona və 11 mikroregiona bölünür.
İqtisadiyyat
İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir[3]
İnfrastruktur
Nəqliyyat
- BR-060
- BR-158
- BR-163
- BR-267
- BR-262
- BR-359
- BR-454
- BR-419
- BR-487
Təhsil
Portuqal dili rəsmi dildir və tədris müəsisələrində əsas dil kimi istifadə edilir. Məktəblərdə ingilis və ispan dili belə təsadüf edilir.
Təhsil müəsisələri
- Matu-Qrosu-du-Sul Federal Universiteti (UFMS);
- Matu-Qrosu-du-Sul ştat Universiteti (UEMS);
- da Qrande Doradus Universiteti (UFGD);
- Koma Bosko Katolik Universiteti (UCDB);
- Dövlət inkişafı və Pantanal vilayəti Universiteti (Uniderp).
Bayraq
Ştatın bayrağı Mauro Maykl Мunxoz tərəfindən təşkil edilmişdir. Bayraqda olan ağ rəng ümüdə, yaşıl zəngin floraya, mavi böyük səmaya, sarı ulduz isə düzən, güç və sükut anlamını verir.
İstinadlar
- archINFORM (alm.). 1994.
- ftp://ftp.ibge.gov.br/Estimativas_de_Populacao/Estimativas_2017/estimativa_TCU_2017_20180618.pdf.
- IBGE. Contas Regionais do Brasil — 2005—2009 Arxivləşdirilib 2012-06-27 at the Wayback Machine: Tabela 8 — Produto Interno Bruto, população residente e Produto Interno Bruto per capita, segundo as Grandes Regiões e as Unidades da Federação — 2009 (página 27) Arxivləşdirilib 2012-06-27 at the Wayback Machine. (por.)