Matu-Qrosu
Matu-Qrosu (port. Mato Grosso) — Braziliyanın mərkəzi hissəsində yerləşən ştat. İnzibati mərkəzi Kuyaba şəhəridir.
Matu-Qrosu | |
---|---|
Mato Grosso | |
12°50′ c. e. 56°19′ q. u. |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 408 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-MT |
Poçt indeksi | 78000-000 по 78890-000 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Matu-Qrosu Braziliya ərazisində sahəsinə görə üçüncü ştatdır. Ancaq əhalisi ərazisinə görə olduqca azdır. Şimaldan Para və Amazonas, şərqdə Tokantins və Qoyas, cənubdan isə Matu-Qrosu-du-Sul, üstəlik Rondoniya ştatları və Boliviya ilə sərhədlənir[2].
Coğrafiya
Ərazisi əsasən savannadan ibarətdir[3].
Ştatın şimalında Amazon meşələri geniş sahə tutur. Cənubu isə bataqlaşmış Pantanal düzənliyindən və Matu-Qrosu platosundan ibarətdir. Kontinental iqlimə malikdir. İki mövsüm hökm sürür: Yağışlı mövsüm və quraq mövsüm. İllik yağıntının miqdarı 1250 – 2750 mm[4] arasında dəyişir.
Ştat ərazisində Pantanal qoruğunun böyük hissəsi yerləşir[5].
Bölgənin ən böyük ekoloji fəlakəti məhv olmuş meşələrdir.
Tarixi
1920-ci ildə Matu-Qrosu ərazisinin hansısa bölgəsində itmiş şəhəri axtarmaq məqsədi ilə ekspedisiya təşkil edən topoqraf Persi Fosettin ekspedisiyası və özü itkin düşmüşdür[6].
1977-ci ildə Matu-Qrosunun cənubunda Matu-Qrosu-du-Sul ştatı təşkil olunmuşdur.
Əhali
2010 il siyahıya alma zamanı ştatın əhalisi 3 035 122 nəfər olmuşdur. Ştatda urbanizasiyalaşma 76,6 % təşkil edir (2006).
İrqi tərkib:
- mulatlar — 1 599 228 (55,8 %)
- ağlar — 1 060 420 (37,0 %)
- qaralar — 174 000 (6,1 %)
- asiyalılar və hindular — 31 000 (1,1 %)
İnzibati quruluş
Ştat 5 mezoregiona və 22 mikroregiona bölünür. Burada 141 rayon var.
İqtisadiyyat
Matu-Qrosunun əsas gəlir mənbəyi kənd təsərrüfatıdır. Burafa Soya və Pambıq istehsal edilir. Əsasən pambıq istehsalına görə Braziliyada birincidir[4].
İstinadlar
- https://web.archive.org/web/20170918103229/http://www.ibge.gov.br/home/estatistica/populacao/estimativa2011/POP2011_DOU.pdf.
- "Matu-Qrosu". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
- Matu-Qrosu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine coğrafi ensiklopediya.
- "Mayu-Qrosu ştatı, russobras.com". 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
- "Pantanal qoruğu". 2011-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
- P. Fosett. Mribekinin itirilmiş mədənləri Arxivləşdirilib 2011-09-06 at the Wayback Machine.
Mənbə
- Regionun portalı Arxivləşdirilib 2008-09-30 at the Wayback Machine