Mattias Hyuz
Mattias Hyuz (alm. Matthias Hues, 14 fevral 1959, Valtrop[d], Şimali Reyn-Vestfaliya) — əslən alman olan ABŞ aktyorudur. Ən məşhur filmləri sırasında "Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım", "Qaranlıq mələyi" və "Qanunun missiyası" filmlərini göstərmək olar.
Mattias Hyuz | |
---|---|
alm. Matthias Hues | |
Doğum tarixi | 14 fevral 1959 (65 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, kino aktyoru, ssenarist, film prodüseri |
Fəaliyyət illəri | 1987-ci ildən |
IMDb | ID0400117 |
matthiashues.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mattias Hyuz 1959-cu ildə Almaniyanın Valtrop şəhərində dünyaya gəlmişdir. Yeniyetmə illərində idmanla məşğul olmuşdur. Karate və Taekvondo üzrə qara kəmərə sahib olduqdan sonra ABŞ-yə getmişdir. ABŞ-yə köçdükdən sonra pulu qurtarmağa başlayır. Bu zaman Mattias gecəni maşınlarda keçirir. Burada Jan-Klod Van Dammın imtina etdiyi Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım filminə çəkilmişdir. Film Mattias Hyuz Rusiyalı İvan rolunu canlandırmışdır. Çəkildiyi rola görə 6000 dollar honorar qazanmışdır. Bu filmdən sonra Mattias bakirə xaxnımın yanında cangüdən kimi çalışmışdır. 1990-cı ildə Qaranlıq mələyi filminə çəkildikdən sonra məşhurluq qazanmışdır. Mattias Hyuzun boyu 196-sm-dir.
Filmoqrafiya
İl | Film | Rol |
---|---|---|
1987 | Nə geri çəkil, nə də təslim ol 2: Şiddətlənmiş ildırım | İvan |
1988 | Gödəkboy–böyük qoz | |
1989 | Yumruq döyüşünün kralı | |
1990 | Qaranlıq mələyi | Özgəplanetli |
1991 | Kikboksçu 2: Geri dönmək | |
1992 | Qara kəmər | |
1992 | Qartal cırmağı | |
1992 | Qanunun missiyası | |
1993 | Səxavət casusu | |
1993 | 2000-ci il polisləri | |
1994 | Ölüm oyunu | |
1995 | Dəmir yumruq | |
1995 | Rəqəmli insan | |
1995 | Kiber adam | |
1995 | Pələng ürəyi | |
1997 | Konan | |
1998 | Müdafiəçi | |
2001 | Canlı ölülərin legionu | |
2007 | Dinozavrların döyüşü | |
2009 | Fırıldaqçı |
İstinadlar
Xarici keçidlər
- Rəsmi sayt
- Mattias Hyuz — IMDb səhifəsi