Matsumoto qəsri

Matsumoto qəsri (松本城, Matsumoto-co) və ya digər adı ilə Fukaşi qəsriYaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən qəsr.[1] Qara rəngli fasadına görə Qarğa qəsri (烏城, Karasu-co) kimi də tanınır. Matsumoto daymyosunun iqamətgahı olmuşdur. XVI əsrdə tikilmişdir.

Matsumoto qəsri
36°14′20″ şm. e. 137°58′09″ ş. u.
Ölkə
Tikilmə tarixi 1504
Rəsmi sayt matsumoto-castle.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Matsumoto qəsri Yaponiyanın milli xəzinələrindən biridir və Yaponiyadakı 12 orijinal tenşudan birinə ev sahibliyi edir.[1] Düzənlikdə tikildiyi üçün hiraciro tipli qəsr hesab olunur.[1]

Tarixi

Qəsr Senqoku dövründə tikilmişdir və əsası 1504-cü ildə Şinano əyalətindəki sərhəd bölgəsində Oqasavara klanı tərəfindən tikilmişdir. Həmin dövrdəki bu kiçik sərhəd postu Fukaşi qəsri adlanırdı. 1550-ci ildəki Fukaşi mühasirəsindən sonra Takeda klanı tərəfindən ələ keçirilmişdir. Takeda Şinqen qəsri Baba Nobuharunun ixtiyarını vermişdir və qəsr Takedanın Matsumoto işğalı üçün qərargah rolunu oynamışdır. 1582-ci ildə Takeda klanı Oda Nobunaqa tərəfindən məğlub edildikdən sonra qsər Oda Naqamasuya verilmiş, lakin tezliklə Kiso Yoşimasanın olmuşdur. 1582-ci ildə Oda Nobunaqanın sui-qəsdindən sonra Oaqasavara Dozetsuzayın ixtiyarına keçmişdir. Tokuqava İeyasuya sədaqətli olan qohumu Oqasavara Sadayoşi qəsrin adını Matsumoto qəsri olaraq dəyişdirmişdir.

Toyotomi Hideyoşi 1590-cı ildə Odavaranı işğal etdikdən sonra Tokuqava İeyasu Kanto regiouna köçmüş və qəsrin nəzarəti İşikava Kazumasaya verilmişdir. Kazumasa və oğlu Yasunaqa qəsri genişləndirmişdilər: qəsr üçün kiçik yaqura, tenşu, Vatari Yaqura, iqamətgah, qara darvaza, giriş darvazası Tsukimi Yaqura, aşağı mərtəbələr tikdirmişdilər. Qəsrin yeni halı 1593-94-cü illərdə tamamlanmışdır.

Edo dövründə qəsrin yerləşdiyi ərazidə Matsumoto hanı yaradılmışdır. Oaqasavara klanı 1613-17-ci illərdə qəsrin hakimi olmuşdur. 1617-33-cü illərdə Toda-Matsudayra klanı, 1633-38-ci illərdə Matsudayra klanı, 1638-42-ci illərdə Hotta klanı, 1642-1725-ci illərdə Mizuno klanı və 1725-1868-ci illərdə yenə Toda-Matsudayra klanı qəsrə nəzarət etmişdir.

Mühafizəsi

Matsumoto qəsri qışda.

1872-ci ildə Meyci hökuməti bütün keçmiş feodal qəsrlərin məhv edilməsinə qərar verilmiş və qəsrin bir çox hissəsi dağıdılmışdır. Lakin qəsrin tenşusunun söküləcəyi barədə xəbər yayıldıqdan sonra Matsumoto şəhərinin nüfuzlu şəxslərindən olan İçikava Ryozo və digər şəhər sakinləri bunun qarşısını almaq üçün kampaniya başlatmışdır. Nəticədə, tenşu şəhər hökuməti tərəfindən alınmışdır.[2] Daymyonun iqamətgahını Çikuma prefekturasının ofisi kimi istifadə etmək istəsələr də, 1876-cı ildə qəsdən törədilən bir yanğında məhv olmuşdur. Həmin dövrdə Çikuma prefekturası Naqano prefekturasına birləşdirilmişdi və tikili məhv olduğu üçün Matsumoto deyil, Naqano şəhəri prefekturanın paytaxtı seçilmişdi. 1878-ci ildə tikilinin ərazisində Matsumoto rayon məhkəməsi tikilmişdir.

1930-cu ildə qəsrə Milli tarixi yer statusu verilmişdir və qəsrin beş tikilisi 1952-ci ildə Milli xəzinə seçilmişdir. 1950-55-ci ildə qəsrdə hökumətin dəstəyi ilə bərpa işləri aparılmışdır. 1990-cı ildə qəsrdəki sodebei və bir darvaza yenidən tikilmişdir. 6 aprel 2006-cı ildə Matsumoto qəsri Yaponiyanın 100 məşhur qəsrindən biri seçilmişdir.[3]

30 iyun 2011-ci ildə baş vermiş 5,4 ballıq zəlzələ nəticəsində qəsrin əsas qülləsinin daxili divarında 10 çat əmələ gəlmişdir. Qəsrin bəzi hissələrini bərpa etmək haqqında planlar mövcuddur.[4][5]

Qəsrin ikinci mərtəbəsində silah muzeyi yerləşir. Muzeydə güllə, zireh və digər silahların kolleksiyası sərgilənir.[6]

İstinadlar

  1. "The Three Famous Castles of Japan". Kobayashi Travel Service. 2010-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-04.
  2. Matsumoto City Official Website "Archived copy". 2010-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-11.
  3. Japan Castle Foundation Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine {{{2}}}
  4. "M5.4 quake jolts Nagano Pref., injuring 8". 2011-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-30.
  5. Proposal presented by Matsumoto City (in Japanese)"Archived copy". 2009-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-11.
  6. http://www.yamasa.org/japan/english/destinations/nagano/matsumotojou.html Arxivləşdirilib 2012-07-24 at the Wayback Machine Matsumoto Castle - Yamasa Institute, Japan Travel Guide

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.