Materializm və Empirio-tənqid
Materializm və Empirio-tənqid (rus. Материализм и эмпириокритицизм, Materializm i empiriokrititsizm) — Vladimir Leninin 1909-cu ildə çap olunan fəlsəfi əsəri. Əsər "Marksist-Leninist fəlsəfə"[1] adlanan kurikulumun bir hissəsi və dialektik materializmin başlıca nümunəsi kimi SSRİ-dəki bütün ali təhsil müəssisələrində[2] məcburi olaraq oxunurdu. Lenin insanın persepsiyalarının obyektiv xarici dünyanı düzgün və dəqiq şəkildə əks etdirdiyini iddia edirdi.[1]
Lenin bu sözləri ilə idealizm və materializm arasında fundamental təzad yaradır: "Materializm obyektlərin öz-özlüyündə, başqa sözlə desək, şüurun xaricində mövcud olduğunu təlqin edir; ideyalar və sensasiyalar isə bu obyektlərin surəti və ya əksidir. Buna əks doktrina olan idealizm isə obyektlərin şüurun xaricində mövcud olmadığını və "sensasiyaların birləşməsi" olduğunu deyir".[3]
Arxa plan
Tam adı Materializm və Empirio-tənqid. Reaksionist fəlsəfəyə dair tənqidi şərhlər olan əsər 1908-ci ilin oktyabr ayı boyunca, Lenin Cenevrə və Londonda sürgündə olarkən yazılır və Zveno nəşriyyatı tərəfindən 1909-cu ilin mayında Moskvada çap edilir. Əsərin yazılması üçün toplanmış məlumatlar və əsərin orijinal əlyazması itirilmişdir.[4]
Londonda keçirdiyi bir ayı çıxmaq şərti ilə, Lenin əsərin böyük əksəriyyətini Cenevrədə olarkən yazır. O, müasir fəlsəfə və təbiət elmi haqda materiallar toplamaq üçün Britaniya muzeyinə gedir.[5] Kitabda 200-dən çox mənbənin siyahısı qeyd olunub.[4]
1908-ci ilin dekabrında Lenin Cenevrədən Parisə köçür və 1909-cu ilin aprelinə qədər əsərdə təqdim etdiyi sübutları düzəltməklə məşğul olur. Çar hökumətinin senzurasından yayınmaq üçün bəzi hissələri redaktə etsə də, əsər Rusiya İmperiyasında çox böyük çətinliklə çap olunur. Lenin kitabın oxucular arasında sürətlə yayılmasını təkid edir və kitabın çapının özündə "sadəcə ədəbi yox, həm də çox vacib siyasi öhdəliklər" ehtiva etdiyini dəfələrlə vurğulayır.[4]
Kitab eyni zamanda Leninin partiyadakı siyasi rəqibi Aleksandr Boqdanovun Empiriomonizm (1904-1906) adlı kitabına cavab və tənqid olaraq yazılıb. 1909-cu ilin iyununda Boqdanov bolşeviklərin Parisdə keçirilən mini-konfransında məğlub edilərək Mərkəzi Komitədən qovulsa da, partiyanın solçu qolunda hələ də mühüm rol oynayırdı. O, Rusiya inqilabında iştirak edir və 1917-ci ildən sonra İctimai Elmlər Sosialist Akademiyasının direktoru vəzifəsinə təyin olunur.
Vladimir İvanoviç Nevskinin Boqdanovu tənqid etdiyi girişin də əlavə olunduğu kitab 1920-ci ildə yenidən çap olunur. Əsər sonradan 20-dən çox dilə tərcümə olunur və Marksist-Leninist fəlsəfənin təbliğində mühüm rol oynayır.[6]
Fəsillərin qısa məzmunu
1-ci fəsil: Empirio-tənqidin və dialektik materializmin epistemologiyası: I
Lenin ilk fəsildə Ernst Max və Rixard Avenariusun "solipsizm" ideyasını müzakirə edir, fəlsəfənin əsas konseptlərindən olan materializm və idealizm arasındakı fərqdən söz açır. Bu iki konsept arasında olan əsas fərq sensasiyalar və əşyalar arasındakı münasibətə əsaslanır. Belə ki, materializm əşyanın özünün, idealizm isə sensasiyaların üstünlüyünü qəbul edir. Pozitivizm orta möqvedə durmağa çalışır, amma bunun nəticəsində ortaya çıxan sadəcə şey "qarışıq idealizm" olur; bu da bir növ realizmin şəklini dəyişmiş formasıdır. Ersnt Max Sensasiyaların analizi adlı əsərində əşyalara "sensesiyaların birləşməsi" kimi yanaşır. Maxizm "Berklinizmin çeynənməsi", yəni Corc Berklinin fəlsəfəsinin təkrarlanması kimi xarakterizə olunur. Lenin də öz növbəsində bunu solipsizm və subyektiv idealizm hesab edir.
Lenin Engelsin, Marksın və Feyerbaxın materializmini Didronun baxış bucağı ilə müqayisə edib yüksək qiymətləndirir. O, idealizmi "ağılsız fəlsəfə" adlandırır, çünki idealizmə görə beyin olmadan da "düşüncə" mövcuddur. İdealizmin yeni forması olan empirio-tənqid "fideizm", "absurd və reaksionist nəzəriyyə", "elmi-fəlsəfi cəfəngiyyat", "professional cəfəngiyyat" və "ümidsiz sxolastika" kimi damğalanır. Leninə görə, materializm sensasiyalarımızın mənbəyinin şüurumuzdan asılı olmadığını qəbul etməkdən başlayır.
2-ci fəsil: Empirio-tənqidin və dialektik materializmin epistemologiyası: II
Vladimir Lüdviq Andreas Feyerbax, İosif Diçqen və Fridrix Engelsin görüşlərini tutuşdurur, epistemologiyadakı meyar anlayışı haqda şərhlər edir. İkinci fəsil Viktor Çernovın "öz-özlüyündə əşya" terminini qəbul etdiyinə görə Georgi Plexanovu tənqid etməsi ilə başlayır. Daha sonra Çevrovın mövqeyi "göstərişli cəfəngiyyat" və "cəhalət" kimi qiymətləndirilir. Lenin Engelsə qatılır və əşyaların öz-özlüyündə mövcud olma ehtimalını təsdiqləyərəq materializmi aqnostisizmə qarşı qoyur. Vladimir Alexandroviç Bazarov Engelsin Max tərəfindən yönləndirildiyini, "qızardılıb Max sousu ilə servis edildiyini" düşündüyü üçün tənqid edilir.
3-cü fəsil: Empirio-tənqidin və dialektik materializmin epistemologiyası: III
Bu fəsildə Lenin "materiya" və "təcrübə" anlayışlarına tərif verməyə çalışır. "Düşüncə iqtisadiyyatının prinsipi" və "azadlıq və zərurət"dən əlavə, təbiətdəki səbəb və zərurət haqdakı suallarına cavab axtarır. 3-cü fəsil Rixard Avenariusun Saf təcrübənin tənqidi əsərinin təhsilinə həsr olunub. Bu əsərdə təcrübənin həm idealizm, həm də materializm tərəfindən qəbul edildiyi deyilir. Buna baxmayaraq, materialistlər "xarici dünyanın obyektiv gerçəkliyini" və onun qaydalarını da qəbul edirlər.
4-cü fəsil: Fəlsəfi idealistlər empirik tənqidin həmkarları və davamçıları kimi
Lenin Kanta qarşı sağçı və solçular tərəfindən edilmiş tənqidlərdən, immanent fəlsəfədən, Boqdanovun empiriomonizmdən, Hermann fon Helmholtzun "simvollar nəzəriyyəsi"nin tənqidindən bəhs edir. Bu fəsildə Avenariusun Saf təcrübənin tənqidi əsəri Kantın Saf səbəbin tənqidi əsəri ilə əlaqəli şəkildə təhlil olunur. Leninin fikrincə, Kantın fəlsəfəsi müəyyən mənada Yumun aqnostizminə və Berklinizmə qayıdışdır, amma onun doktrinası materialist ünsürlərdən də yoxsun deyil. Buna baxmayaraq, Feyerbax, Marks və Engels idealizmin və aqnostizmi tamamilə rədd edir.
5-ci fəsil: Elm və fəlsəfi idealizmdəki son inqilab
Lenin bu fəsildə "fizika böhranının materiyanı yox etməsi" nəzəriyyəsini təhlil edir və "fiziki idealizm" haqda danışır. 5-ci fəsil fəlsəfi idealizmin yenidən canlanmasına şərait yaradan "təbiət elmindəki son inqilablar"a (rentgen şüaları, radioaktivlik, radium, işıq və elektrik arasındakı əlaqə) həsr olunub.
6-cı fəsil: Empirio-tənqidin və tarixi materializm
Lenin Boqdanov, Aleksandr Suvorov, Ernst Hekkel və Ernst Max kimi yazıçıların görüşlərini müzakirə edir. 6-cı fəsilə əlavə olaraq, o, "Nikolay Çernışevski kantçılığı hansı mövqedən tənqid edir?" sualını da ortaya qoyur.
Leninin istinad etdiyi filosof və alimlər
İmmanentistlər
- Rixard Avenarius
- Ernst Max
- Riçard fon Şubert-Soldern
Rus Maxistlər
- Yakov Berman
- Osip Qelfond
- Sergey Suvorov
- Pavel Yuşkeviç
Həmçinin bax
Əlavə oxu
- Robert V. Daniels: A Documentary History of Communism in Russia: From Lenin to Gorbachev, 1993, ISBN 0-87451-616-1.
Xarici keçidlər
- Materialism and Empirio-criticism, a PDF version published by Progress Publishers
İstinadlar
- Bakhurst, David. "On Lenin's Materialism and empiriocriticism" (PDF). Studies in East European Thought. 70 (2–3, 28 June 2018). 2018: 107–119. doi:10.1007/s11212-018-9303-7. 23 January 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 December 2020.
- Rockmore, Tom; Levine, Norman, redaktorlar "Lenin and Stalin: Theory and Politics". The Palgrave Handbook of Leninist Political Philosophy (ingilis). Springer. 2018. ISBN 9781137516503. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
- W. I. Lenin: Materialism and empirio-criticism. Critical remarks about a reactionary philosophy . Publisher for foreign language literature, Moscow 1947. p. 14.
- Prikhodko, Sergey Alexandrovich. "Materialism and Empirio-Criticism by V.I.Lenin as the Main Russian Language Polemical text of the1900s". Russian Linguistic Bulletin. 3 (3). 2015: 9–11.:10
- Сервис, 2002
- Materialism and Empirio-criticism Arxivləşdirilib 2020-12-04 at the Wayback Machine by Vladimir Lenin
Ədəbiyyat
- Альтюссер Л. Ленин и философия (Доклад, прочитанный во Французском философском обществе 24 февраля 1968 г.)
- Блохинцев Д. И. Книга В. И. Ленина «Материализм и эмпириокритицизм» и современные представления о структуре элементарных частиц // УФН № 69 3-12 (1959)
- Болтянский А. Г. Рецензия по ст. Т. О. Коннора «Борьба в большевистском центре в 1908—1909 годах»
- Губин В. Б. 100 лет «Материализму и эмпириокритицизму» // Газета «Советский физик»
- Ильенков Э. В. Ленинская диалектика и метафизика позитивизма (Размышления над книгой В. И. Ленина «Материализм и эмпириокритицизм») М.: Политиздат, 1980
- Лукач Д. Значение «Материализма и эмпириокритицизма» для большевизации коммунистических партий // Под знаменем марксизма. — 1934. — № 4. — С. 143—148.
- Прохоров М. М. К 100-летию книги В. И. Ленина «Материализм и эмпириокритицизм» // Философия и общество. — 2009. — № 3 (55).